Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası başlayıb

KTMT Fotonun müəllifi President.am

Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclası Belarus, Qırğızıstan, Ermənistan, Rusiya və Tacikistan prezidentlərinin iştirakı ilə işə başlayıb.

Yığıncaqda KTMT baş katibi Nikolay Bordyuja və Qazaxıstan baş naziri Bakican Saqintayev də iştirak edirlər. Qazaxıstan prezidentinin səhhətinə görə Yerevan sammitinə gəlmədiyi bildirilir.

Yığıncağı 2015-2016-cı il sessiyalararası dövrdə təşkilata sədrlik edən ölkə - Ermənistanın prezidenti aparır.

Yerevan sammiti yekunları üzrə 24 sənəd qəbul olunacağı planlaşdırılır, Ermənistan prezident aparatı mətbuat xidmətinin məlumatında deyilir.

Fotonun müəllifi President.am

Ehtimal olunur ki, sammit əsnasında KTMT liderləri ABŞ və NATO-nun birtərəfli hava hücumundan sistemləri yerləşdirmək planlarına qarşı durmaq niyyətində olduqları haqda birgə bəyanatla çıxış edərlər.

Bundan başqa, Suriyadakı vəziyyət və terrorist təşkilatların vahid siyahısının hazırlanması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Vladimir Putin Ermənistan paytaxtında Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan prezidenti Almazbek Atambayev, Tacikistan prezidenti Emomoli Rahmon və Qazaxıstan baş katibi Karim Masimovla görüşlər keçirib.

Yerevan sammiti başa çatdıqdan sonra Vladimir Putinin Hindistana, BRICS ölkələrinin sammitinə yollanacağı bildirilir. Bu qrupa 5 sürətlə inkişaf edən ölkə - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası - daxildir.

Əlaqəli mövzular

Bu barədə daha geniş