Diyarbakır: 14 kənddə küçəyə çıxmaq qadağası tətbiq edilir

Lice Fotonun müəllifi DHA
Image caption Lice vilayətinin 10 kəndində küçəyə çıxmaq qadağası verilib.

Diyarbakırda Lice, Hazro və Kocaköy vilayətlərinin 14 kəndində Bakı vaxtilə səhər 07.00-dan etibarən küçəyə çıxmaq qadağası qoyulub.

Qadağaya səbəb PKK-ya qarşı başladılan hərbi əməliyyatlardır.

Licenin 10 kəndində, Hazro və Kocaköydə isə hərəsində iki kənddə bu qadağa tətbiq edilir.

Diyarbəkir Valiliyi bildirib ki, "Lice, Hazro və Kocaköy vilayətlərində mülki sərhədlərin içində yerləşən dağlıq və meşəlik ərazidə fəaliyyət göstərən BTÖ (Bölücü Terör Örgütü) üzvləri və müttəfiqlərini zərərsizləşdirmək və onların istifadə etdiyi sığınacaq, anbar və zenit əleyhinə əraziləri ələ keçirmək məqsədilə əməliyyat aparılacaq".

Valilik əlavə edib ki, qərar vətəndaşların zərər görməməsi səbəbilə verilib və qaydaya əməl etmək vətəndaşların təhlükəsizlikləri üçün önəmlidir.