Yıldırım: Yeni konstitusiya təklifini ən qısa zamanda Məclisə təqdim edəcəyik

Binali Yıldırım Fotonun müəllifi AFP

Baş nazir Binali Yıldırım prezidentlik sistemini də əhatə edəcək yeni konstitusiya təklifinin ən qısa zamanda Məclisə təqdim ediləcəyini bildirib.

O, Milliyətçi Hərəkət Partiyasının (MHP) lideri Devlet Bahçelinin referandum barədə açıqlamalarına dəstək verərək söyləyib ki, "Doğru sözə nə deyəsən?"

"Baş nazirliyi saraya qızıl nimçədə təqdim etdiyimizi dedilər… Türkiyədə de-fakto vəziyyət var və bu həll edilməlidir. Ölkənin idarəsi Konstitusiyaya uyğun deyildir, cinayət işlənilir. Ya prezident de-fakto baş nazirlikdən imtina etsin, bizcə doğru olan da budur, ya da de-fakto vəziyyətin hüquqi ölçü qazanması üçün təcili yollar axtarılsın", Bahçeli bildirib.

Fotonun müəllifi AFP
Image caption Baş nazir Binali Yıldırım və MHP lideri Bahçeli ötən gün Çankaya Köşkündə görüşüb.

Bahçeli prezidentlik sistemi ilə əlaqədar referendum keçirilməsi təklifi ilə bağlı bildirib ki, "xalqdan soruşmağın heç bir qorxusu yoxdur".

Baş nazir Binali Yıldırım və MHP lideri Bahçeli ötən gün Çankaya Köşkündə görüşüb.

Ədliyyə naziri Bekir Bozdağ isə bildirib ki, yeni konstitusiya yaz aylarında referendum keçirilməsinə səbəb ola bilər.

Binali Yıldırım söyləyib ki, parlamentdə 367 deputat yeni konstitusiya təklifi ilə razılaşarsa, referendum keçirilə bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş