Türkiyə: dövlət çevrilişilə bağlı 40 hərbçi "həbs olunub"

Dövlət çevrilişinə cəhddən sonra kütləvi həbslər başlayıb Fotonun müəllifi Getty Images
Image caption Dövlət çevrilişinə cəhddən sonra kütləvi həbslər başlayıb

Türkiyə hakimiyyəti Konya şəhərindəki hərbi hava bazasında xidmət edən 40-dan artıq hərbçini həbs edib, Türkiyə mətbuatı bildirir.

Doğan agentliyinin məlumatına görə daha 47 nəfərin həbsinə dair orderlər verilib.

Həbslərin iyun ayında həyata keçirilən uğursuz çevriliş cəhdi ilə bağlı olduğu bildirilir.

Türkiyə hökuməti çevriliş cəhdinin təşkilində ABŞ-da mənzillənən ruhani Fethullah Güleni təqsirləndirir. Fethullah Gülen ittihamları rədd edib.

Bundan əvvəl Gülenin təsis etdiyi Hizmet hərəkatı ilə əlaqəsi olan şəxslər saxlanılıb və ya işdən azad olunub.

Hazırda dövlət çevrilişilə bağlı ittihamlar əsasında 32 min adam həbsdə saxlanılır.

Daha 100 min nəfər vəzifədən kənarlaşdırılıb. Onların arasında dövlət məmurları, hərbçi, hakim, müəllim və jurnalistlər var.

Əlaqəli mövzular

Bu barədə daha geniş