Türkiyə Suriyada "PYD-PKK hədəflərini vurub"

Türkiyənin döyüş təyyarəsi Fotonun müəllifi AP

Türk təyyarələri Hələb şəhərinin qərbində Suriya Demokratik Qüvvələrinin daxilində döyüşən kürd silahlılarına - Xalq Müdafiə Birliyinə (YPG) havadan hücumlar edib.

Anadolu Agentliyi bildirir ki, hücumlar Fərat Qalxanı əməliyyatı çərçivəsində həyata keçirilib.

Türkiyə Silahlı Qüvvələri bildirir ki, "160-200 PKK/PYD terror təşkilatı ünsürü zərərsizləşdirilib".

18 hədəfə atılan 26 bomba nəticəsində 9 bina, bir zirehli maşın, iki silahlı avtomobil məhv edilib.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Müşahidə qrupu əməliyyatlar nəticəsində 11 nəfərin öldüyünü bildirib.

Reuters isə yazır ki, Cənub-Qərbi Suriyada kürdlərin hava hücumları nəticəsində onlarla insan ölüb.

Bu barədə daha geniş