Türkiyə: çevriliş cəhdinə görə azı 35000 nəfər həbs olunub

Çevriliş cəhdində iştirak edənlər tank, silah və avadanlığı ataraq təslim oldular. Fotonun müəllifi Getty Images
Image caption Hərbi çevrilişə cəhd 15 iyunda İstanbulda və Ankarada baş verib

Türkiyə iyulda çevriliş cəhdinə görə 35,000-dən çox şübhəlini həbs edib, yerli media yazır.

Ədliyyə naziri Bekir Bozdağ bildirib ki, şübhəli şəxslər silahlı üsyanın yatırıldığı zamandan bəri həbs edilib.

Onlardan təxminən 26,000 nəfəri "şərti azadlığa" buraxılsa da, əlavə 3907 nəfər axtarışdadır.

İyul ayının 15-də baş vermiş çevriliş cəhdinə görə ümumilikdə təxminən 82,000 nəfər barəsində cinayət işi açılıb. Bundan başqa, hərbi, ədliyyə, polis və təhsil sahəsində çalışan on minlərlə insan vəzifədən uzaqlaşdırılıb, istefaya göndərilib və ya həbs edilib.

Həmçinin oxu:

Onlar çevriliş cəhdində ittiham edilən ABŞ-da yaşayan ruhani Fethullah Gülenin Hizmet hərəkatının üzvləri olmaqda şübhəli bilinir. 1999-cu ildən könüllü mühacirətdə yaşayan cənab Gülen ittihamları rədd edir.

İndiyə qədər bu böyük miqyasdakı təmizləmə Qərb ölkələrinin Türkiyəni qınamasına səbəb olub.

Brüssel Ankaranı qanunun aliliyi çərçivəsində hərəkət etməyə çağırıb. Türkiyə qanunvericiliyə əməl etdiyini deyir.

Əlaqəli mövzular