Türkiyə: Antalyada partlayış olub

Antalya Fotonun müəllifi AP
Image caption Partlayış Ticarət Palatası yaxınlığındakı avtomobil dayanacağında baş verib

Türkiyənin kurort şəhəri olan Antalyada partlayış olub, yerli media xəbər verir. Xəsarət alanlarla bağlı məlumat daxil olmaqdadır.

Partlayış Ticarət Palatasının avtomobil dayanacağında baş verib, onun səbəbi hələ ki, məlum deyil.

Associated Press agentliyinin verdiyi məlumata görə partlayış, şəhər merinin də iştirakı ilə keçirilən görüşdən bir neçə saat əvvəl baş verib.

Reuters agentliyi yerli xəbər agentliklərinə istinadən xəbər verir ki, dayanacaqda avtomobil partlayıb. Şəhər rəhbərliyinin bildirdiyinə görə hadisənin təsadüf olması istisna edilmir.

Fotonun müəllifi Getty Images
Image caption Antalya Türkiyədə ən məşhur kurort şəhərlərindən biri sayılır

Bu, kurort şəhəri olan Antalyada bir ay ərzində artıq ikinci belə hadisədir. İki həftə bundan əvvəl dağlıq ərazidən atılmış iki raket balıq dükanlarından birinə düşmüşdü.

Son bir neçə ay ərzində Türkiyə şəhərlərində bir çox partlayış halları qeydə alınıb.

Baş vermiş partlayışlara görə özünü İslam Dövləti adlandıran qruplaşma və kürd silahlıları günahlandırılır.

Əlaqəli mövzular

Bu barədə daha geniş