Erdoğan: "Mənbici kürd silahlılarından təmizləyəcəyik"

Tayyip Erdoğan Fotonun müəllifi Reuters

Suriyanın Mənbic şəhərini kürd PYD silahlılarından təmizləyəcəyik, Türkiyə respublikasının prezidenti Recep Tayyip Erdoğan bildirib.

"Bəziləri Azad Suriya Ordusu və Türkiyəni Əl Babdan kınar tutmağa çalışır. Biz İŞİD, PYD-YPG terror təşkilatları ilə mübarizəmizi davam etdirəcəyik. Qısa bir vaxtda Mənbici PYD terror təşkilatından təmizləmək niyyətindəyik. Ya gedəcəklər, ya da getməyəcəkləri təqdirdə lazım olanı edəcəyik", Prezident Sarayında çıxış edən cənab Erdoğan deyib.

Türkiyə prezidenti Cərəblusdan sonra Dabıkı ələ keçirdiklərini, indi isə Əl Baba doğru irəlilədiklərini deyib. "İndi isə Əl Babdan Mənbicə doğru gedəcəyik", o bildirib.

"Hələblə bağlı bir problemimiz yoxdur, lakin etirazlarımız var. Cənab Putinlə danışdım. Hələb camaatı dincliyə qovuşmalıdır. Hələb hələblilərindir".

Lozanna müqaviləsi ilə bağlı şərh verən Türkiyə prezidenti, İraq torpaqlarının ələ keçirilməsi ilə bağlı şərhlərə cavabında, "Bizim heç bir ölkənin ərazilərində gözümüz yoxdur" deyib.

"Bu ölkələrdə [İraq və Suriya] yaşayan qardaşlarımızı etnik və məzhəb əsaslı yeni münaqişələrə cəlb etmək istəyənlərə qarşıyıq", cənab Erdoğan əlavə edib.

Fotonun müəllifi AP
Image caption Mevlüt Çavuşoğlu İraqın Təlafər şəhərinə hücum ediləcəyi təqdirdə tədbir görüləcəyini bildirib

Xarici işlər naziri Mevlüt Çavuşoğlu isə Suriyadakı "Fərat qalxanı" əməliyyatı çərçivəsində özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı vuruşan üsyançılara hava zərbələrinin edilməsindən sonra əməliyyatın Əl Bab şəhərinin ələ keçməsinə qədər davam edəcəyini bildirib.

"Suriya rejimi İŞİD-lə mübarizə aparan qüvvələrə qarşı zərbələr endirir. Rejim və onu dəstəkləyənlərin gündəliyində nəyin olduğunu açıq görürük", cənab Çavuşoğlu deyib.

Rəsmi Dəməşq hələ də hadisə ilə bağlı açıqlama verməyib.

Fotonun müəllifi AFP
Image caption Türkiyə "Fərat qalxanı" əməliyyatında iştirak edən üsyançılara havadan və qurudan dəstək göstərməyə davam edir

Türkiyənin dəstəklədiyi üsyançı qruplar Əl Rayın İD-dən alınmasından sonra Əl Baba doğru irəliləməyə başlayıb.

Prezident Recep Tayyip Erdoğan "Fərat qalxanı" əməliyyatının Əl Baba qədər genişlənməsinin vacib olduğunu və Türkiyənin sərhəd təhülkəsizliyi üçün bu irəliləmənin böyük önəm daşıdığını bildiurib.

Bu barədə daha geniş