Türkiyədə çevriliş cəhdi: 73 hərbi pilotun həbsinə "order verilib"

İyul ayında baş verən qiyam cəhdindən sonra hərbçilər arasında həbslər davam edir. Fotonun müəllifi Getty Images
Image caption İyul ayında baş verən qiyam cəhdindən sonra hərbçilər arasında həbslər davam edir.

Тürkiyə hakimiyyəti iyul ayındakı çevriliş cəhdində iştirak etməkdə şübhəli bilinən 73 hərbi pilotun həbsinə dair order verib, dövlət mediası bildirir.

Həbslər cənubdakı Konya şəhərində həyata keçirilib.

Türkiyə hakimiyyəti çevriliş cəhdinin təşkilində ABŞ-da könüllü mühacirətdə yaşayan Hizmet hərəkatının rəhbəri Fethullah Güleni ittiham edir. Pensilvaniya ştatında könüllü sürgündə yaşayan cənab Gülen qiyama hər hansı aidiyyatı barədə ittihamları rədd edib.

Hərbi pilotlar, o cümlədən qiyam cəhdində iştirak və Fethullah Gülenlə əlaqədə təqsirləndirilirlər.

Ötən həftə polis Konya bazasında xidmət edən 99 hərbçini həbs edib.

Hazırda çevriliş cəhdilə bağlı 35 min nəfər həbsdədir. Onların arasında çox sayda hərbçi var.

Daha 100 min adam vəzifədən kənarlaşdırılıb.

Sentyabr ayının sonunda Türkiyənin Ədliyyə naziri Bekir Bozdağ minlərlə adamın işini araşdırmaq üçün yeni məhkəmə binalarına ehtiyac olduğunu deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş