İradə Zeynalova 1-ci kanaldan NTV-ə keçir

İradə Zeynalova Fotonun müəllifi RIA Novosti
Image caption İradə Zeynalova "Vremya" proqramının aparıcısı olub

Rusiyanın 1-ci kanalında bazar günləri efirə çıxan "Vremya" proqramının sabiq aparıcısı İradə Zeynalova NTV kanalında işə başlayır, BBC Rus Xidmətinə 1-ci kanaldakı mənbə bildirib.

NTV məlumatı təsdiq edib. Lakin kanal xanım Zeynalovanın hansı proqramı təqdim edəcəyini dəqiqləşdirməyib.

İradə Zeynalova "Vremya" proqramının aparıcısı kimi 2012-2016-cı illərdə işləyib.

Sentyabrın 4-dən "Vremya" proqramını "Ekspert" mediaholdinqinin baş direktoru Valeri Fadeev aparır.

Əlaqəli mövzular