İranlılar uşaqlara qarşı cinsi zorakılıq ittihamlarından şoka düşüb

İranın Ali Dini Lideri Ayatollah Ali Xameneyi və qiraətçi Saeed Tousi
Image caption Səid Tusi ali dini lider Ayatollah Əli Xameneyinin sevimlisidir

İranın ən məşhur Quran qiraətçisinin adının pedofillikdə hallanması ölkədə qəzəbə və şoka səbəb olub.

İddia edilən qurbanlar və onların ailələri BBC Farscaya bildiriblər ki, onlar rəsmi kanallarla ədaləti bərpa edə bilmədiklərinə görə danışmaq qərarına gəliblər.

Həm ruhani, həm də siyasi elita ilə əlaqələri olan 46 yaşlı Səid Tusi, dindar ailələrdən olan 10 Quran qiraətçi tələbəyə qarşı zorakılıqda ittiham olunur.

Cənab Tusi ötən həftə iddia edilən qurbanların qeyri-adi addımla başlarına gələnləri xarici mediaya danışmasından sonra ittihamları qəti rədd edib.

Cənab Tusi həmçinin deyib ki, ona qarşı ittihamlar ali dini lideri və mühafizəkar müttəfiqlərini aşağılamaq kampaniyasının bir hissəsidir.

İddia edilən qurbanlardan biri BBC-ə deyib ki, ona 12 yaşında ictimai hamamda hücum edilib.

"Elə şokda idim ki, nə baş verdiyini anlamırdım", o bildirib.

"Adıma utanc gətirəcəyindən nəsə deməyə qorxurdum, amma sonra onun başqa tələbələri arasında da başqa hallar barədə xəbər tutdum. Susmağı dayandırdım".

Fotonun müəllifi IQNA
Image caption Səid Tusi İranın məşhur Quran qiraətçisidir və onun çoxlu tələbəsi var

İttihamların müstəqil təsdiqlənməsi mümkün deyil. İttihamçılar cənab Tusiyə qarşı 6 il əvvəl rəsmi şikayət edib və nəticədə o, məhkəməyə cəlb olunub.

İş dayandırılıb və ikinci iddia edilən qurban BBC-ə deyib ki, o ədalətin bərqərar olacağına "bütün ümidlərini" itirib.

İttihamlara baxmayaraq, ədliyyənin sözçüsü Ğolam Hüseyn Mohseni-Ejeyi "kifayət qədər sübut" olmadığını deyir.

İranlılar üçün belə həssas mövzuların açıq müzakirə edilməsi nadir hadisədir.

Hadisə sosial mediada geniş müzakirə ilə müşahidə edilib.

"İslam respublikası tarixində növbəti utancverici səhifə", Meysam adlı istifadəçi yazıb. "Din adı altında insanlar alçaldılıb.. və heç kim məsuliyyətə cəlb edilməyəcək".

"Qurbanlar qızlar olsaydılar [hökumət] onları uyğunsuz geyinmək və təşviq etməkdə ittiham edərdilər və zorakılığın anlaşılan olduğunu bildirərdilər", Somayeh adlı başqa istifadəçi qeyd edib.

Bu barədə daha geniş