Türkiyə: kürdpərəst HDP partiyası liderlərinin həbsini pisləyir

Selahattin Demirtaş və Figen Yüksekdağ Fotonun müəllifi AP/Reuters
Image caption Selahattin Demirtaş və Figen Yüksekdağ digər millət vəkilləri ilə birgə həbs ediliblər

Türkiyədəki kürdpərəst müxalifət partiyası olan Xalqların Demokratik Partiyası (HDP) liderlərinin cümə axşamı gecə saatlarında həbs edilməsini pisləyərək bunu hökumətin demokratiyanı aradan qaldırmaq cəhdi kimi təsvir edib.

HDP deyir ki, həbslər ölkə üçün qara gündür. Partiyanın tərəfdarları etiraz etmək üçün küçələrə çıxıb.

HDP liderləri ilə yanaşı azı doqquz digər millət vəkili də həbs edilib, Türkiyə Baş Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Selahittin Demirtaş və Figen Yüksekdağ terrorizm əleyhinə əməliyyat çərçivəsində evlərində həbs ediliblər, təhlükəsizlik mənbələrindən Türkiyə mediasına bildirilib.

Cənab Demirtaşın Diyarbakır şəhərində həbsindən bir neçə saat sonra şübhəli avtomobil partlayışı olub, 8 nəfər ölüb və 100-dən çox insan yaralanıb.

Bu həbslər Türkiyədə iyul ayında baş vermiş çevriliş cəhdindən sonra tətbiq edilən fövqəladə vəziyyətlə əlaqəlidir.

Fotonun müəllifi Getty Images
Image caption Polis cümə günü Ankarada və digər şəhərlərdə keçirilən HDP etirazlarını dağıdıb
Fotonun müəllifi Getty Images
Image caption Ankarada bir sıra HDP tərəfdarı həbs edilib

Fövqəladə vəziyyət prezident Recep Tayyip Erdoğan və onun kabinetinə parlamentsiz yeni qanunlar hazırlamağa və bəzi azadlıqları məhdudlaşdırmağa imkan verir.

Fotonun müəllifi AP
Image caption Diyarbakırda partlayış binaların önünü dağıdıb
Fotonun müəllifi Reuters
Fotonun müəllifi AP
Image caption Diyarbakırda partlayış binaların önünü dağıdıb

Türkiyənin cənub-şərqində yerləşən Diyarbakır şəhərində kürdlər əksəriyyət təşkil edir.

Xanım Yüksekdağ isə paytaxt Ankarada həbs edilib.

Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, ümumilikdə Diyarbakır, Şırnak, Hakkari, Van və Bingöldə 11 deputat həbs edilib.


Böyük gərginlik

BBC-nin Türkiyə müxbiriMark Lowen:

Fotonun müəllifi AFP

Hökumət deyir ki, saxlanılanlar ifadə vermək çağırışına cavab verməyib. Onlardan başqa hazırda xaricdə olan digər iki HDP deputatının həbsi üçün də order verilib

Bu Kürd mediasının bağlanması və Diyarbakırın merinin həbsi ilə müşahidə edilən sərt tədbirlərin mühüm nöqtəsidir.

Türkiyənin onilliklərlə davam edən kürd probleminin həll edilməsinə son ümidlər 2015-ci ildə PKK-nın atəşkəsi pozmasından sonra puç olub və qisasa-qisas hücumlar dalğalarına səbəb olub.

Cənab Demirtaş liberal siyasətinə görə beynəlxalq dəstək qazanıb, lakin tənqidçiləri onu partiyanı PKK-dan uzaqlaşdıra bilməməkdə ittiham edir. İndiki həbslər çox güman kürdlər arasında gərginliyə və zorakılığa daha çox təşviq edəcək.


Həmçinin oxu:

Türkiyədə çevriliş cəhdi - şəkillərdə

Türkiyədəki çevriliş cəhdi niyə uğursuz oldu? 5 səbəb

Əlaqəli mövzular

Bu barədə daha geniş