Binali Yıldırım HDP-ə: "Məclisə gəlin"

HDP TBMM grubu Fotonun müəllifi Getty Images

Türkiyənin baş naziri Binali Yıldırım Xalqların Demokratik Partiyasının (HDP) deputatlarını "dərsdən qaçan məktəblilərə" bənzədib.

"Onsuz da çox gəlmirdilər, aradabir gəlirdilər.. Millət vəkilini seçib Ankaraya göndərir. Niyə? Get Məclisə ki, ehtiyacımız olan qanunları çıxar. Siz millətdən etibarnamə almısınız. Biz sizin verdiyiniz etibarnamənin gərəyini etməyəcəyik. Dərsdən qaçan məktəblilər kimidirlər", cənab Yıldırım bildirib.

HDP deputatlarının həbsindən sonra Türkiyə Böyük Millət Məclisində fəaliyyətini dayandırdığını bildirib.

"Məclis qrupumuz və Mərkəz İcra Quruluşumuz ilə müzakirələrdən sonra demokratik siyasət tariximizin bu ən geniş və qaranlıq hücumları qarşısında qanunvericilik orqanındakı fəaliyyətimizi dayandırmağa və növbəti dəfə xalqlarımızla görüşə qərar verdik", HDP-nin sözçüsü Ayhan Bilgen Biyarbakırda bildirib.

Bilgen əlavə edib ki, qarşıdakı günlərdə partiya üzvləri ev-ev gəzərək, fərqli qrup və icmalarla görüşərək xalqın şikayət və təkliflərini dinləyəcəklər.

Fotonun müəllifi DHA

"Mən Məclisə getmirəm dediyinizdə milləti təhqir edirsiniz. Məclisə getməsəniz millət də sizə seçkilərdə lazım olanl edə. Siz milli iradəni tanımasanız millət də sizi tanımaz."

Binali Yıldırım əlavə edib ki, "Buna görə yol yaxından bu səhvdən dönün. Məclisə gəlin və nə deyəcəksinizsə Məclisdə deyin. Məsələ danışmaq deyil, fikrini ifadə etmək deyil, məsələ siyasəti qalxan edərək terrora qarşı istifadə etməkdir".

Diyarbakır, Şırnak, Hakkari, Van və Bingöl Cumhuriyet prokurorluqlarının apardığı istintaq tədbirləri çərçivəsində HDP-nin 15 deputatı barəsində saxlanılmaq qərarı verilib.

Bundan sonra partiya liderləri Selahattin Demirtaş və Figen Yüksekdağ da daxil olmaqla 11 deputat saxlanlıb, onlardan doqquzu həbs edilib.

Bu barədə daha geniş