Ankaradakı partlayışa görə 36 cihadçının məhkəməsi keçirilir

Ankara partlayış Fotonun müəllifi AFP

Türkiyənin Ankara şəhərində təxminən bir il əvvəl baş vermiş partlayışda şübhəli bilinən 36 nəfərin məhkəməsi keçirilir.

Ötən il oktyabrın 10-da Ankarada əsas qatar stansiyasının yaxınlığında kürdpərəst fəalların dinc aksiyası zamanı iki partlayış baş verib, nəticədə azı 100 nəfər həyatını itirib.

Bu partlayışa görə özünü İslam Dövləti (İD) adlandıran qrup ittiham olunsa da, onlar heç vaxt bu ittihamları qəbul etməyib.

Məhkəmə müxalif deputatlar və qurbanların ailələrinin müşahidəsilə keçirilir.

Qurbanların ailələrindən bəziləri şübhəliləri "qatillər" adlandırıb.

Onlar konstitusiya quruluşunu dəyişdirmək, adam öldürmək, eləcə də İD üzvü olmaqda ittiham olunur.