İrandan olan azərbaycanlı fəal öz ana dilini qorumağın yollarını axtarır

Mehdili Fotonun müəllifi chai-khana

Məhsa Mehdili, 1983-cü ildə İranın şimal-qərbində yerləşən Salmas şəhərində dünyay göz açan, hazırda Türkiyədə mühacir həyatı yaşayan fəallardan biridir.

O, valideyinləri müəllim olan ailənin tək qız övladıdır. Azərbaycan dilində bütün ailə yeməklərindən uşaq oyunarına qədər həyatı boyu istifadə etdiyi dil olmuşdur.

Onun ailəsindən kənarda isə bütün hər yerdə ona yad olan xarici dildə danışdırdılar.

"Televizorda və radioda ancaq fars dilində danışdırlar", - o deyir. "Mənim atam bu məsələlərdə olduqca sərt biri idi. O evdə yalnız öz dilimizdə danışardı, hətta başqa rayonlarda danışılan azəri türkcəsinin diyalektində danışmağımız da onun xoşuna gəlmirdi".

Chai-Khana və BBC Azərbaycanca üçün Ayda Bəşiri yazır.

Azərbaycan türkləri İranın ən çoxsaylı milli azlığıdır. Əsasən Cənubi Azərbaycan (və ya İranının Şimali Azərbaycanı) kimi tanınan ərazidə məskunlaşan 30 milyonluq icma, ölkə əhalisinin demək olar ki yarısını təşkil edir.

Lakin buna baxmayaraq, bu etnik qrup öz milli kimliyini təsdiq etdirməkdə çətinliklərlə qarşılaşır, belə ki, azərbaycan dilində məktəb və media vasitəsinin açılması qadağandır.

2000-ci ildən başlayaraq azərbaycanlılar İran Konstitusiyasında nəzərdə tutulduğu kimi fars dili ilə yanaşı etnik qrupların ana dilində təhsil almaq hüqundan istifadə etmək üçün mübarizəyə başlayıblar.

Azərbaycanlılardan dəfələrlə az olan milli azlıqlar (məsələn, digər Qafqaz millətləri ermənilər və gürcülər) öz dillərində məktəb açmaqda heç bir məhdudiyyətlə üzləşməsələr də Azərbaycan türkləri bu hüquqdan məhrumdur. Dövlət kanalları yalnız fars dilində fəaliyyət göstərir.

Azərbaycan uşaqları öz ana dillərini məhdud qrupda, əsasən öz ailələrində öyrənmək məcburiyyətindədirlər və bu uşaqlar fars dilinin ciddi təsiri altına düşürlər.

Səbəb isə, azərbaycanlıların məskunlaşdığı bu ərazilərin 19-cu əsrin əvvəllərindən İranın tərkib hissəsinə keçməsidir.

Bu səbəbdəndir ki, Məhsa Mehdili öz ana dilini sevmək və qorumaq üçün mübarizə aparır. O, üç qardaşın tək bacısı idi. Lakin, gender məsələrində ədalətsizlik onların ailəsinə yad olan məhvum idi.

"Mənim anam olduqca güclü qadın idi və heç bir zaman "sən qızsan buna görə də bu işi görmək sənə qadağandır" cümləsini eşitməmişdim. Atam isə həmişə deyərdi ki, "qadın istəsə ordu da idarə edə bilər"".

Fotonun müəllifi chai-khana

Onun öz ana dilində danışmaq üçün apardığı mübarizə hələ erkən məktəb illərindən başlamışdır. Ailəsinin böyükləri onun öz dilində danışmağını çox bəyənsə də, məktəbdə öz ana dilində inşa yazmaq istəyinə müəllimləri etiraz edir, "bu, qanuni deyil", deyirdilər.

O, müntəzəm olaraq cəsarətli məzmunda şeirlərlə çıxış etdiyi müxtəlif şer günlərində iştirak edib.

"Öz ana dilində yazmağa çox az adam cəsarət edirdi, və düzünü desəm biz özümüz də ana dilimizi yetərincə yaxşı bilmirdik", o deyir. "Biz sadəcə bu dildə danışa bilirdik, yeni söz öyrənmək bizim üçün yeni kəşf demək idi.".

Salmasda yaşayan əhalinin 80,000 azəri olmasına baxmayaraq, şəhərdə əhaliyə xidmət göstərən iki kitab mağazası var ki, onlardan biri də Mehdilinin müəllimi Nadali Cəlilə məxsusdur. Kiçik yaşlarında Məhsa gününü o kitab mağazasında keçirərdi.

Bu illər onun milli kimliyinin və hara mənsub olduğunun formalaşdığı illər idi. Daha sonra o, Sovetlər Birliyinin dağılmasından sonra başlanan və hələ də davam edən müharibə nəticəsində Azərbaycan ayrılmış Qarabağ bölgəsi və 1945-1946-cı illər ərzində paytaxtı Təbriz olmaqla qurulan Milli Hökümət -21 Azər hərəkatı haqqında məlumatlar öyrənib.

O, kitabları çox sevirdi. Atasının kitabxanasında axtarış edərkən onun qarşısına "Əsli və Kərəm" dastanı çıxır.

Tarixi 16-cı əsrə aid olan, müsəlman azəri gəncin xristian erməni qızına aşıq olmasından bəhs edən müəllifi naməlum bu faciəvi əsər səkkiz yaşında qıza olduqca dərin təsir edir.

Əsər azərbaycan dilində ərəb əlifbası ilə yazılmışdı. Kitab oxumaqdan başqa o, həmdə yazmağa başlayır. O, azərbaycan və fars dilində şerlər yazan Şəhriyarın anım gecələrində iştirak edir.

"Mən Təbrizdəki tədbirlərdə iştirak edirdim və öz həmfikirlərimlə tanış olurdum. İlk əvvələr tədbirlərdəki tək qadın mən idim, lakin sonradan tədbirlərə gələn xanımların sayı artmağa başladı. Mən milliyətçi olmağa başlamışdım".

O, Türkiyə sərhəddinə yaxın yerləşən Urmiya şəhərindəki universitetin baytarlıq fakültəsinə daxil oldu.

Bu sahənin olduqca gəlirli olması səbəbi ilə ailəsi Məhsaya oraya daxil olmağı tövsiyyə edir. Lakin, fakultə Məhsanın ürəyincə deyildi. Universitetde insanların çoxu farsca danışırdı.

Azərbaycan dilində danışmaq böyük problem idi. Bir çox tələbə ona həqarətlə baxır, digər bir qrup isə onun cəsarətini tərifləyirdi. Demək olar ki orta qrup yox idi.

2002-ci ildə Məhsa, azərbaycan və fars dillərdində fəaliyyət göstərən "Oyanış" jurnalında yazmağa başladı. Həmin il o, universitet yataxanasında pulsuz azərbaycan dili dərsləri verməyə başlayır.

"Biz fəal və cəsur xanımlar idik. Bir gün biz İranda azərbaycanlıların üzləşdıyi çətinliklər barədə flayerlər paylamaq qərarına gəldik və 100 dən çox elan paylaya bildik. Hətta bundan kişilərin də xəbəri olmadı".

Bütün məhdudiyyətlətə baxmayaraq onlar 1992-ci ildə başlayan Dağlıq Qarabağ müharibəsi, mülkü əhalinin kütləvi şəkildə qətl edildiyi Xocalı faciəsini də gizli şəkildə yad edirlər.

2005-ci ildə o, universitet yataxanasından kənarlaşdırılır. Səbəb isə onun müasir Türkiyənin banisi Mustafa Kamal Atatürk, Qarabağ və Azərbaycan haqqında oxuduğu şeirlər idi.

Fotonun müəllifi chai-khana

"O gecəni heç vaxt unutmayacam. Ana dilimdə bir neçə şeir oxudum deyə gecə ilə qaldığım yerə hücüm etdilər. Bizim yataxana şəhərdən 20 km aralıqda yerləşir, gecə saat 1 idi və məni oradan çıxartmaq istəyirdilər. Lakin digər qızların müqaviməti ilə üzləşdikləri üçün bunu edə bilmədilər."

Bu hadisədən sonra Mehdili İran hakimiyyətinin qara siyahısına düşür. Tez tez izlənilir ə sorğuya çağırılır.

"O qədər sorğuya çağırıblar ki, say hesabını unutmuşam. Lakin deyə bilərəm ki, bütün bunlar hafizəmdə dərin yaralar açıb."

Fəallarla mübarizə 2006-cı ildən sonra daha geniş vüsət almağa başlayır. Həmin ilin may ayında İranın farsdilli "İran" qazeti türk dilində danışan tarakan karikaturası nəşr edir.

Bu karikatura ölkənin yarısını təşkil edən azərbaycanlıların qəzəbinə səbəb olur, ölkədə genış etiraz dalğası başlanır. Etirazlardan sonra ölkənin mədəniyyət naziri rəsmi şəkildə üzr istəyir.

Bu hadisələr milli hissləri daha da oyadır və ölkədə bütün azlıqlara bərabər davranılmasını tələb edən aktivistlətin sayı artır. Hökumət onların hakimiyyətinə təhlükə ola biləcək milli oyanışın yarandığını görür.

Etirazlarda iştirak edən tələbələr dərslərə buraxılmır, Mehdili bir neçə dəfə polis sorğularına çağırılır. 2011 -ci ildə o, İran rejimi əleyhinə çıxışlar etdiyi səbəbi ilə bir aylıq ev dustaqlığına məhkum edilir.

Bu mübarizə yolunda o, öz məhəbətini tapır. 2011-ci ildə onun kimi digər fəalların müdafiəsi ilə məşğul olan Musa Barzin Xəlifəli ilə tanış olur və ailə həyatı qurur.

Nikah müqaviləsində qızıl yerinə Qarabağ torpağı və 21 Azər hərəkatının hakimiyyətdə olduğu günləri simvolizə edən 1324 kitab istəyir.

Musa Barzini 27 ay həbsxanada qaldıqdan sonra Xəlifəli ailəsi İranı tərk etməyə məcbur olur. 2012-ci ildən bəri onlar Türkiyənin paytaxtı Ankara şəhərində yaşayırlar.

Mehdili öz mübarizəsini unutmayıb. O, Azərbaycan Milli Cəbhəsinin rəsmisidir və hüququ tapdalanan insanların haqqlarını aramaqda onlara kömək edir. O baytarlıq fakultəsini ataraq Türkiyədə beynəlxalq əlaqələr üzrə təhsilini davam etdirir.

Mehdili guya İrandakı siyası məhbuslar haqqında yalan məlumatlar yaydığı üçün hələ də İran hakimiyyətinin hədəfindədir. Ailəsi dəfələrlə təhdid olunub.

"Bu mənə qarşı olan çirkli propaqandadır. Bunun səbəbi isə fəaliyyətimdir", o, Ankaradakı evindən verdiyi müsahibədə deyir.

"Mən xoşbəxtəm. Mənim ideyalarımı və fikirlərimi qəbul edən ailəm və həyat yoldaşım var. Onlar heç vaxt məni öz işimdən yayındırmaq istəməyiblər. Bu asan deyil və mübarizəm hələ də davam edir."

Chai-Khana layihəsindən digər yazılar:

Ayda Bəşiri müəllifin əsl adı deyil.

Əlaqəli mövzular

Bu barədə daha geniş