Rusiya: "terror aktlarının" qarşısı alınıb

Qandal Fotonun müəllifi RIA Novosti

Moskva və Sankt-Peterburq şəhərlərində silsilə "terror aktları" hazırlamaqda şübhəli bilinən Mərkəzi Asiya vətəndaşları saxlanılıb, Rusiyanın Federal Təhlükəsizlik Xidməti bildirir.

Operativ-axtarış əməliyyatı nəticəsində 10 nəfərdən ibarət qrupun saxlanıldığı qeyd olunur.

Məlumata əsasən şübhəlilər özünü İslam Dövləti adlandıran qruplaşmanın liderlərilə əlaqədə olduğunu etiraf ediblər.

İstintaq qrup üzvlərinə məxsus 4 partlayıcı qurğunun müsadirə olunduğunu bildirir. Axtarış vaxtı həmçinin silah və rabitə sistemləri də aşkar olunub, məlumatda deyilir.

Bu barədə daha geniş