Türkiyə: 291 zabit xidmətdən uzaqlaşdırılıb

Türkiyədə çevriliş cəhdi Fotonun müəllifi Getty Images

Türkiyədə dəniz donanmasının 168 zabiti və 123 kiçik zabiti iyulda hərbi çevrilişə cəhdlə əlaqədar xidmətdən uzaqlaşdırılıb.

15 zabit və 4 kiçik zabit isə vəzifədən azad edilib, Reuters Müdafiə Nazirliyinə istinadən bildirib.

Hərbi çevrilişə cəhddən bəri 110 mindən çox hakim, müəllim, polis və dövlət qulluqçusu ya işdən uzaqlaşdırılıb, ya da vəzifədən azad edilib.

36 min nəfər isə həbs edilib.

Prezident Recep Tayyip Erdoğanın tənqidçiləri onu legitim müxalifəti əzməkdə ittiham edir.

Şənbə günü axşamı İstanbul məhkəməsi Cumhuriyet qəzetinin rəhbərini həbs edib.

Bundan bir qədər əvvəl başqa 9 jurnalist və redaktorlara qarşı cinayət işi açılıb.

İyuldan bəri tətbiq edilən fövqəladə vəziyyət çərçivəsində Türkiyədə 130-dan çox media qurumu bağlanıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş