Rusiya iqtisadiyyat naziri $2 mln rüşvət almaq iitihamı ilə həbs olunub

Putin və Ulyukayev Fotonun müəllifi Getty Images
Image caption Aleksey Ulyukayev noyabrın 15-i gecə saxlanılıb

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev həbs edilib və ona böyük məbləğdə rüşvət almaqla bağlı ittiham təqdim olunub, Rusiya İstintaq Komitəsinin mətbuat xidməti bildirir.

Bundan əvvəl Rusiyanın İstintaq Komitəsi bildirib ki, Ulyukayev 2016-ci il noyabrın 14-də "Rosneft" şirkətinə "Başneft"-in dövlət səhm paketinin alınmasına dair saziş əldə etməsinə imkan verən müsbət qiymətləndirmə üçün 2 milyon dollar məbləğində rüşvət alıb.

"2016-ci il noyabrın 15-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin kompleks əməliyyat tədbirləri, xüsusilə vacib işlərin istintaqı üzrə Rusiya Federasiyası İstintaq komitəsinin Baş istintaq idarəsi tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində iqtisadi inkişaf naziri Aleksey Ulyukayev barəsində cinayət işi başlanıb", məlumatda deyilir.

"Bilmirəm, prezidentə məlumat verilirmi"

İnterfaks agentliyi mənbəyə istinadən bildirib ki, Ulyukayev rüşvət verilməsi zamanı iş başında yaxalanıb.

"Ulyukayevə pul, istintaq eksperimentinin gedişində güc strukturlarının nəzarəti altında verilib", İnterfaks öz mənbəsinin sözlərini sitat gətirir.

Bu məlumata əsasən, istintaqda "Rosneft" şirkətinin rəhbərlərinə irad yoxdur.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə bəyan edib ki, dövlət başçısı ilə bu mövzuda hələ danışmayıb.

"İndi gecədir. "Bilmirəm, prezidentə məlumat verilirmi", Peskov deyib.

Lakin bundan sonra yayılan növbəti bəyanatda Kremlin nümayəndəsi prezident Vladimir Putinin əməliyyatdan xəbəri olduğunu bildirib.

Sərfəli sövdələşmə

Bir ay əvvəl "Rosneft" bildirib ki, "Başneft" şirkətinin dövlət səhm paketinin səhmlərinin alqı-satqı müqaviləsini bağlayıb və "federal xəzinədarlığın hesabına 329,7 milyard rubl köçürərək müqavilə üzrə öhdəliklərini tam yerinə yetirib".

"Bütün məbləğ, 329 milyard 690 milyon rubl büdcəyə daxil olacaq," o zaman "Başneftin" 50,0755 faiz səhmlərinin satışı üzrə sövdələşməni bağlı elan edən Aleksey Ulyukayev bildirib.

"Başneft"-in dövlət səhm paketinin alıcısının seçimi barədə şərh verərkən nazir deyib ki, yalnız "Rosneftin" təklifi məsləhətçilərin 297 -315 milyard rubl dəyərində olan qiymətləndirməsindən daha çox olub.

Ulyukayevin sözlərinə görə, "Rosneftin" təklifi səhmlərin sentyabrın 30-na olan bazar qiymətindən 20 faiz yüksək olub.

Bu barədə daha geniş