Rusiya: VK saytında “ölüm qrupu"nun administratoru saxlanılıb

V Kontakte saytı Fotonun müəllifi RIA Novosti

Ən azı 20 yeniyetmənin zərər çəkdiyi sosial şəbəkə qrupunun administratoru saxlanılıb, Rusiya İstintaq Komitəsi bildirir.

Moskva vilayətində saxlanılan şəxsin adı açıqlanmır.

Hüquq-mühafizəçilərinin məlumatına görə 2013-2016-cı illər arası V Kontakte (VK) saytında yaradılmış 8 qrupun administratorları yeniyetmələri müxtəlif üsul və tapşırıqlar vasitəsilə intihara sövq ediblər.

"Qrupa əyləncəli oyun, maraqlı və ilk baxışda təhlükəsiz tapşırıqlar üçün daxil olan uşaqlar güclü psixoloji təsir altına düşürdü", rəsmi məlumatda deyilir.

Müstəntiqlər Rusiya boyunca müxtəlif "ölüm qruplarına" daxil olan 15 yeniyetmənin intihar etdiyini bildirirlər.

Daha 5 nəfərin intiharı baş tutmayıb, Rusiya İnstintaq Komitəsinin məlumatında qeyd olunur.

May ayında "Novaya qazeta" VK şəbəkəsində intihar qrupları haqqında araşdırma ilə çıxış edib. Əks-səda doğuran jurnalist təhqiqatının ardınca yeniyetmələrin şəbəkələrdə intihara sövq edilməsilə bağlı cinayət işi açılmışdı.

Bu barədə daha geniş