Brexit: proqnozların əksinə olaraq Britaniyada inflaysiya azalıb

Funt Fotonun müəllifi AFP
Image caption İqtisadçılar Brexit-dən sonra funt sterlinqin məzənnəsinin aşağı düşməsi fonunda inflyasiyanın artacağından ehtiyat edirdilər.

Milli Statistika Xidmətinin verdiyi məlumata gorə, Böyük Britaniyada illik inflyasiya göstəricisi 0, 9 %-ə qədər azalıb. Sentyabr ayında bu göstərici 1% təşkil edirdi.

Bir qədər əvvəl əksər iqtisadçilar illik inflyasiyanın 1,1% təşkil edəcəyini proqnozlaşdırırdılar.

Lakin oktyabr ayında istehsal məhsullarının qiyməti 2,1% artdı və bu da 2012-ci ildən bu yana ən böyük artım kimi qiymətləndirildi.

İqtisadçılar Böyük Britaniyanın Aİ-dan çıxmasıyla bağlı keçirilən referendumun nəticələrindən sonra funt sterlinqin məzənnəsinin aşağı düşməsi fonunda inflyasiyanın artacağından ehtiyat edirdilər.

Noyabrın əvvəllərində İngiltərə bankı gələn ilin noyabr ayına qədər inflyasiyanın 2,7 % qədər artacağını proqnozlaşdırırdı. İyun ayından bu yana funtun kursu ABŞ dollarına nisbətdə 16%, avroya nisbətdə isə 11% aşagı düşüb.

Milli Statistika Bürosunun oktyabrda verdiyi açıqlamaya görə, ötən yay Böyük Britaniyada işsizlərin sayı hiss olunmayacaq dərəcədə artaraq 4,9 % təşkil edib. Beləliklə, britaniyalı işsizlərin sayı son 11 ildə ən aşağı səviyyədə qalmaqda davam edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş