Türkiyə: Mədən qəzasına görə “6 nəfər saxlanılıb”

Siirt mədəni Fotonun müəllifi Reuters
Image caption Qəzadan sonra yerin altında qalan mədənçilərin axtarışı davam etdirilir

Türkiyə polisi ölkənin cənub-şərqində yerləşən Siirt əyalətindəki mis mədəninin çökməsindən sonra şaxtanın rəhbəri də daxil olmaqla 6 nəfəri saxlayıb, yerli mətbuat xəbər verir.

Cümə axşamı günü Şirvan rayonunda baş verən mədən uçqunu 6 adamın ölümünə bais olub. Daha 11 nəfər axtarılır.

Onların yerin altında təcrid olunduğu güman edilir.

Mədənin özəl şirkətə məxsus olduğu bildirilir.

2014-cü ildə Soma şəhərindəki mədəndə yanğın və partlayış nəticəsində 301 nəfər həlak olmuşdu.

Hadisə Türkiyə tarixində qurbanların sayına görə ən ölümcül texnogen fəlakət sayılır.

Bu işlə bağlı araşdırma davam edir. Prokurorluq 8 mədən menecerinə ömürlük həbs cəzası tələb edib, AFP agentliyi bildirir.

Soma qəzasından sonra iş yerində təhlükəsizliyə dair qaydalar sərtləşdirsə də, hazırkı insident problemlərin tam həll olunmadığını nümayiş etdirir.

Bu barədə daha geniş