Türkiyə: sosial media cinsi zorakılığa dair qanun layihəsinin geri çağrılmasını müzakirə edir

Türkiyəli qadınlar Ankarada etiraz keçirir, 19 noyabr. Fotonun müəllifi AP
Image caption Paytax Ankarada etirazlar keçirilib

Türkiyənin baş naziri Binali Yıldırım cinsi zorakılığa məruz qalmış şəxslərin təcavüzü edənlə evlənməsi şəraitində, təcavüzçünün cəzasının təxirə salınmasını təsbit edən yeni təklifi geri götürüb.

Hökümət bu addımı mübahisəli təklifin parlamentdə sonuncu səsvermə prosesinə getməsindən qabaq atıb.

Təklif etiraz aksiyaları və beynəlxalq tənqidlərlə qarşılanmışdı.

Tənqidçilər yeni qanunun cinsi zorakılığı qanuniləşdirəcəyini və uşaq evliliklərinin qarşısını açacağını deyib.

BMT orqanları təklifin ölkənin cinsi zorakılıq və uşaq evliliklərinə qarşı mübarizəsini zəiflədəciyini deyərək, höküməti qanunu qəbul etməməyə çağırıb.

Hökümət deyir ki, qanunun məqsədi uşaqların və ya onların ailələrinin qərarı ilə uşaqlara evlənmiş kişilərə bəraət verməkdir.

Tükiyə qanunvericiliyində evlənmə yaşı 18-dən başlayır, amma kəbin bağlamaq şərtilə erkən nikahlar geniş yayılıb.


Nadir bir razılıq: BBC-nin Türkiyə müxbiri Mark Lowen-in təhlili

Təklif burada nadir bir nəticə verdi: fərqli partiyalar yeni qanuna qarşı oldu. Qanunu təklif edən Haqq və Ədalət Partiyası (AKP) deputatları təklifin təcavüzçüləri əfv etməyəcəyini və məqsədinin sadəcə evlilik yaşına çatmamış qızlarla öz razılığı ilə evlənmiş kişilərə barət vermək olduğu deyib.

Tənqidçilərə görə, patriarxal Türkiyədə gənc qızların özləri barədə qərar vermək üçün imkanı yoxdur və buna görə də təklif cinsi zorakılığı legitimləşdirib uşaq evliliklərinı təşviqi ilə nəticələnə bilər. Amma prezidentin həyat yoldaşı daxil olmaqla mühafizəkar və adətən hökümət yönümlü qadınlar təklifə qarşı öz rəylərini bildirdikdən sonra, təklifin uğursuzluğu artıq qaçılmaz idi.

Uşaq evliliyi burada bir problemdir. Sabiq prezident Abdullah Gül 30 yaşında həyat yoldaşına onun 15 yaşı olarkən evlənib.

Amma qadın hüquqları təşkilatları həll yolunun mübahisəli qanun təklifləri ilə yox, qızlar üçün real imkanlar yaratmaqla tapılacağını deyir. Və onlar deyirlər ki, prezident Erdoğanın uşaqsız qadınları "əksik" adlandırması daxil olmaqla, islamçı AK partiyası qadınların kişilərlə müqayisədə hüquqlarını məhdudlaşdırıb.

Bunun nəticəsi qadınlara qarşı təcavüzün artması olub. Misal üçün 2003 və 2010-cu il arası adam öldürülmə sayı 1,400 faiz artıb, amma başqaları bu artımın bir qisimini eyni dövrdə hakimiyyətə verilmiş məlumatın artması ilə səbəbləndirib.


'Anlaşılmazlıq'

Baş nazir Binali Yıldırım bildirib ki, təklifi geri götürməsinin səbəbi "geniş konsensusun" yaranması və "müxalifətçi partiyalara öz təkliflərinin hazırlamalar üçün" imkan verməkdir.

Müxalifətçi partiyalar təklifi dərindən tənqid ediblər.

Fotonun müəllifi AFP
Image caption Türkiyə baş naziri Binali Yıldırım (əlini yelləyir) və AK partiyası üçün nadir bir məğlubiyyətdir

Cümə axşamı ilkin oxunmada qəbul edilmiş təklif üçün sonuncu səsvermə çərşənbə axşamı baş verməli idi.

Ədliyyə naziri Bekir Bozdağ təklifi müdafiə edərək deyib ki, "təklif təcavüzçülərə əfv qazanmayacaq....bu addım ölkənin bəzi bölgələrində olan problemli həll etmək üçün atılıb".

İyul ayında, Türkiyənin konstitusiya məhkəməsi cinayət məcəlləsində 15 yaşdan aşağı uşaqlarla cinsi əlaqələri cinsi zorakılıq kimi qiymətləndirən qanunu ləğv edib.


Tükiyəuşaq evlilikləri (mənbə: rkiyənin Ədliyyə nazirliyi)

  • 2002-ci ildən indiyədək 18 yaşından gənc 440,000 qadın ana olub - onlardan 15,937-si 15 yaşından gənc olub
  • Son on il ərzində uşaqlara qarşı təcavüz halları üç dəfə artıb və bu dövrdə evlilik yaşı çatmamış 438,000 qız evlənib

Sosial media nə deyir?

Qanun layihəsi geri çağrıldıqdan sonra Türkiyə sosial mediasında nəzərəçarpacaq yüngüllük hissi hökm sürür, BBC Monitorinq yazır. #Thisisakid həşteqi trendə çevrilib və bir çox istifadəçilər uşaqların gülümsədiyi və oynadığı fotoları paylaşır.

"Biz qadınlar arasında həmrəylik olduqca biz güclüyük"- tvitlərin birində yazılıb.

"Budur! Qanun layihəsnini geri çağırılması ictimaiyyətin vicdanını yumşaltdı. Biz məntiqlı olmalıyıq, inadçı yox".

Bəziləri qeyd edirlər ki, hökumət Prezident Erdoğanın Parlamentdən qanun layihəsi barədə konsensus xahiş etdiyi üçün geri çəkilib.

Hökumətə xitabən bir istifadəçi bildirib: "Siz insanları dinləməli idiniz, prezidentdən müdaxilə gözləməli deyildiniz".

"Geri çəkilmə nə deməkdir? Bir də o qanun partlamentə çıxarılmamalıdır", deyə başqa istifadəçi yazıb.

"Mübarizə layihənin həmişəlik ləğv edilməsinə qədər davam etməlidir".

"Onlar bütün qadınlardan və uşaqlardan üzr istəməlidir", başqa bir tvitdə paylaşılıb.