Rusiya: təqaüdçülərə birdəfəlik 5 min rubl ödəniləcək

rubl Fotonun müəllifi Getty Images

Rusiya prezidenti Vladimir Putin 2016-cı ildə təqaüdlərin inflasiya ilə əlaqədar ikinci dəfə hesablanması əvəzinə onlara 5 min rubl (77 ABŞ dolları) həcmində ödəniş verilməsini nəzərdə tutan qanuna imza atıb.

Birdəfəlik müavinət ölkə ərazisində yaşayan və 2016-ci ilin 31 dekabr ayınadək ən azı bir dəfə təqaüd almış şəxslərə ödəniləcək.

Xaricdə yaşayan təqaüdçülər ödəniş ala bilməyəcəklər.

Çünki onlara daxili bazarda istehlakçı qiymətlərinin artımı təsir etməyib, qanun layihəsinin müəllifləri deyirlər.

Rusiya qanunvericiliyinə görə təqaüdlər əvvəlki ilin inflyasiya faizinə uyğun olaraq indeksasiya edilir.

Bu il təqaüdlər 12,9 faizə artırılmalı idi. Lakin fevral ayında indeksasiya yalnız 4 faiz təşkil etdi. Hökumət təqaüdlərin payızda bir daha artırılacağını vəd edirdi.

İndeksasiya həyata keçirilsəydi təqaüdlər hər ay 1,2 min rubl artmış olardı.

Faktiki olaraq bu, ildə 14 min rubl əvəzinə 5 min rublun ödənilməsi deməkdir.

Hökumətin qərarına görə təqaüdçlər qarşıdan gələn illər ərzində də maliyyə itkilərilə üzləşəcəklər.

Əlaqəli mövzular

Bu barədə daha geniş