Söz və əməl: qadın sünnətinə Dağıstandan baxış

Dağıstanlı qadın Fotonun müəllifi RIA Novosti

"Hüquq təşəbbüsü"nün Dağıstanın bəzi bölgələrində qadın sünnətinin yayılması barədə hesabatının işıq üzü görməsindən üç ay keçib.

Respublikada bir çoxu hesabatı və onun gətirdiyi tənqid və hücumu bütün dağıstanlılara, bütün qafqazlılara və ya bütün müsəlmanlara yaxılan qara kimi qiymətləndirdi.

Ölkədə belə bir fikir var ki, mövzunu tənqid edənlər onun detalları və nüansları haqqında dəqiq məlumata malik deyillər.

Regionu və dini təhqir etməmişdən öncə, hesabatın əvvəldən sonacan oxunmamasıdan bir çoxları narahatdır. Hələ dünən qafqazlılar, Olimpiya medalları qazanmış qəhrəmanlar idi, indi isə yenidən vəhşi və cahildirlər.

Dağıstanlılara görə cahil, sünnət ilə bağlı qadın haqları uğrunda çıxış edən Mariya Baronovadır.

Çox güman ki, ksenofobiya və müsəlmanların probleminin müzakirəyə çıxarılması üçün Baronovanın istifadə etdiyi üsul yerlilərə yaddır. Belə ki, o, əlində "Qoyunları kəsin, qadınları yox" şüarı ilə məscidə gedib. Bu ya cəhalətdir, ya da şüurlu təxribat. Hər bir halda Dağıstan sakinləri bunu bəyənməyib.

Baronovanın yanından keçən tatarlar, özbəklər, qırğızlar, taciklər və başqa müsəlmanlar söhbətin nədən getdiyini yəqin ki, heç anlamayıblar.

Dağıstan çoxlu hökumətlərin birində cəmləndiyi bir yerdir. Dağıstanda qadınların sünnət edildiyini söyləmək, bütün ruslara pomorlar və ya tuvinlərin hansısa adəti üzrə araşdırmanı göstərmək kimi bir şeydir.

Fotonun müəllifi RIA Novosti
Image caption Dağıstanlılar "bütün ölkədə qadın sünnəti olması" xəbərinə qarşı çıxıblar

Heç təəccüblü deyil ki, Dağıstan əhalisinin əsas hissəsi, xüsusilə də kişilər, qadın sünnəti məsələsinə ilk dəfə 2016-cı ilin avqustunda internet üzərindən agah olublar.

Yox, əlbəttə ki, sual ilə professional məşğul olan insanlar, etnoqraflar və jurnalistlər üçün bu yenilik deyildi. Qadınlar üçün isə söz-söhbət yeni bir sirri əyan edib.

Əksəriyyətə bəllidir ki, bu arxaik adət avar xalqlarının bəzi dağ icmalarında qalıb. Mövzu son dərəcə həssas və gizlidir və faktlar göstərmək çətindir. Lakin, Gürcüstan və Azərbaycanda yaşayan avarlar arasında adətin icra olunduğu sübutları mövcuddur.

Amma, Dağıstanda yaşayan digər xalqlar arasında belə şey yoxdur. Avarlarda isə qadınların döymə vurdurması adəti heç zaman olmayıb. Başqa, xüsusilə də Dağıstanın cənubunda məskunlaşan xalqların qadınları arasında son zamanlaradək üz də daxil olmaqla bədənin müxtəlif hissələrinə döymə vurdurmaq geniş yayılmışdı.

Sovet dönəmində də internet olsaydı, bənzəri mövzu bütün ölkəyə yayılacaqdı.

Fotonun müəllifi Getty Images
Image caption Bir çoxları, dağıstanlılar və müsəlmanlar ilə qadın sünnəti mövzusu arasında bərabərlik işarəsi qoyulmasını bəyənməyib

"Hüquqi təşəbbüs" hesabatı üzücüdür və faktlar qanunauyğun deyil. Orada deyilir ki, Dağıstanda qadın sünnəti rəsmi səviyyədə dəstəklənir və əhalinin böyük hissəsi bu əməliyyatı dinin buyurduğunu qəbul edir.

Lakin, Dağıstan müsəlmanlarının ruhani idarəsinin (DMRİ) dini lider və imamlarının dedikləri respublikanın əksər müsəlmanları üçün əsas sayılmır. Sələfilər isə islamın məzhəblərə bölünməsinə kökləniblər.

Şəfi məzhəbinə mənsub olanların əksəriyyəti isə avarlardır.

Sələfilərdə qızların sünnət edilməsi lazım sayılmır, belə ki, Allahın bu haqda birbaşa əmr göndərməyib.

Bundan əlavə bizdə ateistlər və atəşpərəstlər də var. Ölkəni isə, hər kəs qaraya bürünmüş və ruhanilərin əmrlərinə tabe kimi təsəvvür edir.

Bir çoxları, dağıstanlılar və müsəlmanlar ilə qadın sünnəti mövzusu arasında bərabərlik işarəsi qoyulmasını bəyənməyib.

Sivilizasiya əleyhinə adət

Adətin icra olunduğu avar icmalarında da mövzu pis qarşılanıb.

İzahı isə sadədir- yadlar gəlirlər və özlərinə deyil, yerli həyata oturuşmuş adətə baş qoşurlar. Bir çoxlarına görə ətək altına girirlər.

Yerli adət geniş miqyasda yayıldı və xüsusi təsir qadınlara oldu. Onların əksəriyyəti mövzunun öz dar çevrələrində bəlli olduğunu bildirir.

Aydındır ki, virtual olsa belə, insanlar, uzaq Moskvadan deyil, öz yaxın qonşuları tərəfindən izlənilən barbarlıq ittihamından narahatdır.

Fotonun müəllifi Getty Images
Image caption Ruhanilər idarəsi əməliyyatı müzakirə etmir

Bununla belə, DMRİ, əməliyyatlara nə qadağa qoyub, nə də ki, müzakirəyə çıxarıb.

Bu aylar ərzində heç bir şey dəyişməyib. Ruhanilər idarəsinin media rəsmiləri qızların sünnət edilməsini qadınların sağlamlığı və dini baxımdan vacib olduğunu vurğulayıb.

Bənzəri çağırışlar təxribat və savadsızlıq tirajı kimi görünür.

Təsəvvür edin ki, ilk dəfə qızınızı sünnət etdirmək gərəkdiyini eşidirsiniz. Doğma övladınızın hansı orqanının yarı və ya tam kəsiləcəyini öyrənməzsinizmi?

Ruhanilərin əsaslandığı sənədlərin içində bu suala cavab tapa bilməzsiniz. Buna görə də insanlar, "bilgili bir adama" - əksəriyyəti üçün bir qayda olaraq - bu cür əməliyyatları yerinə yetirmiş təcrübəli qadına müraciət edirlər.

Maarifləndirmə uğrunda mübarizə

Dağıstanın rəsmi güc strukturları, qadın sünnətinə aid suallara susmağa və ya onlardan yayınmağa üstünlük verirlər.

Respublika başçısı Ramazan Abdulatipov yaddaşlara həkk olacaq açıqlama verib:" "Vahid Rusiya" proqramında qadın sünnəti yoxdur."

Başçı söyləyir ki, ona problemlə bağlı müraciət edən olmayıb. Əgər "Hüquqi təşəbbüs" hesabatına inansaq, əməliyyatlar onun doğma rayonu Tlyaratinskdə gizli və anonim şəkildə baş tutur.

Moskvadan gələn həbs təklifi də dağıstanlıları məmnun etməyib.

10 il həbs cəzası vermək? İctimai prokuror yoxlanışı? Hər bir dağıstanlı, eləcə də regionumuzun xüsusiyyətinə bələd birisi bunların işləməyəcəyini yaxşı bilir. Ələlxüsus tətbiq olunan rus qanunlarında bütün cəza üsulları göstərilir.

Axı siz, XXI əsrdə barbar olsa belə, adətini saxlamış insanları hansı müasir üsulla qorxuda və ya cəzalandıra bilərsiniz?

Hesabatın müəllifləri düşünürlər ki, əsas problem susmaqdadır... və Ban Ki-moon-dan sitat gətirilər: "Qadınların cinsi orqanlarının sünnətinin tamamilə aradan qalxmasında atılacaq ilk addımlar, təcrübə ilə əlaqəli sükutu pozmaq və mifləri devirməkdən ibarətdir."

Dağıstanda qadınlarının sünnətinin qarşısını alınması, Rusiya Federasiyasının konstitusiyasının işləməsi və regionda ümumbəşəri sivilizasiya dəyərlərinə yaxınlaşmaq üçün maarifləndirmə aparılmalıdır.

Bunun üçün isə xəstəxanalar, məktəblər, ədalətli məhkəmələr yaradılmalı və bunun işə düşməsindən savayı çalışmağa hazır yerli alimlər, insanlar və mütəxəssislərlə işbirliyi qurulmalıdır.

Bununla belə, xüsusilə də, ucqar dağ rayonlarında daha böyük problemlər mövcuddur.

"Şimali Qafqaz blogerlərin gözü ilə" BBC rus xidməti və "Qafqaz qovşağı"nın birgə layihəsidir. Yerli sakinlər Çeçenistan, Dağıstan, İnquşetiya, Şimali Osetiya və Şimali Qafqazın digər bölgələrindəki həyat barədə danışırlar.

Kurban Racabov (bu, təxəllüsdür) 1983-cü ildə Maxaçkala şəhərində anadan olub. Ali təhsillidir. Moskvada işləyir, Dağıstanda yaşayır. Peşəsi müəllimdir. Əvvəl idmançı olmaq istəyib, amma indi kompüter texnologiyaları ilə məşğuldur. Jurnalistika və bloqlar isə sadəcə onun maraq sahəsidir.

Bu barədə daha geniş