Gülnarə Kərimovanın oğlu: "anam sağdır"

Gülnarə Kərimova Fotonun müəllifi Getty Images
Image caption Gülnarə Kərimova illərdir ictimaiyyətdə görünmür

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun nəvəsi anası Gülnarə Kərimovanın ölməsi barədə məlumatları "şaiə" adlandırıb.

Nəvə İslam Kərimov BBC Özbəkcəyə deyib ki, anası sağdır və hələ də ev həbsindədir.

O həmçinin bildirib ki, bacısı İman Kərimova ev həbsindən azad edilsə də ölkəni tərk edə bilmir.

Bundan əvvəl BBC Özbəkcənin bir mənbəsi də bildirib ki, Gülnarə Kərimovanın ölümü barədə xəbərlər həqiqətə uyğun deyil.

Image caption Nəvə İslam Kərimov BBC Özbəkcəyə deyib ki, anası sağdır və hələ də ev həbsindədir

Noyabrın 22-də Tsentr-1 portalı Özbəkistanın milli təhlükəsizlik xidmətindən anonim qaynağa istinadən 44 yaşlı Gülnarə Kərimovanın zəhərləndiyini və noyabrın 5-də vəfat etdiyini bildirib.

Gülnarə Kərimova sabiq lider İslam Kərimovun böyük qızıdır.

2013-cü ilin sonuna qədər Kərimovanın biznes imperiyası, xeyriyyəçi təşkilatı, telekanalları, dükanları bağlandı. Sonradan o, ailəsinə qarşı olan tvitlər paylaşıb.

Xanım Kərimova 2014-cü ildən ev həbsindədir.

Əlaqəli mövzular

Bu barədə daha geniş