AP: Türkiyə ilə müzakirələr müvəqqəti dayandırılsın

Avrupa Parlamentosu Fotonun müəllifi Getty Images

Avropa Parlamenti Türkiyə ilə Avropa İttifaqı arasında üzvlük müzakirələrini müvəqqəti olaraq dayandırmaq barədə qərar layihəsini təsdiqləyib.

Anadolu agentliyi yazır ki, layihənin 479 lehinə səs verilib, 37 səs əleyhinə və 107 səs isə bitərəf verilib.

AP-nin bu qərarı Aİ liderlərinə tövsiyə xarakteri daşıyır. Türkiyə ilə müzakirələrin dayandırılması qərarlarını yalnız Aİ liderləri verə bilər.

Aİ liderlərinin dekabr görüşündə bu barədə qərar gözlənilmir.

AP-da keçirilən iclasda Aİ Xarici və Təhlükəsizlik Siyasəti üzrə nümayəndə Federica Mogherini söyləyib ki, qaçqın böhranı, terrora qarşı mübarizə və Kipr məsələsində Türkiyə ilə birgə işləmək lazımdır.

AP-nin qərar mətnində bildirilib ki, 15 iyulda çevriliş cəhdi qınanılıb və fövqəladə vəziyyətin tətbiqinin problem yaratdığı vurğulanıb.

Həmçinin Xalqların Demokratik Partiyasının (HDP) 10 deputatının, 150 jurnalistdə daxil olmaqla kütləvi həbslər barədə narahatlıq izhar olunur.

Bundan əvvəl, prezident Recep Tayyip Erdogan bildirib ki, Türkiyənin Avropa İttifaqına qoşulmağa ehtiyacı yoxdur və əvəzində o, Çin, Rusiya və Mərkəzi Asiya ölkələrinin üstünlük təşkil etdiyi təhlükəsizlik blokuna - Şanxay Beşliyinə qoşula bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş