Erdoğan Aİ-ni Türkiyə sərhədlərini miqrantlar üçün açacağı ilə hədələyib

Recep Tayyip Erdoğan Fotonun müəllifi AP
Image caption Erdoğanın sözlərinə görə, Türkiyə 3 milyon qanunsuz miqrant saxlayır.

Türkiyə ilə Aİ arasında üzvlük müzakirələrinin dayandırılması barədə Avropa Parlamentinin qərarından sonra prezident Recep Tayyip Erdoğan ölkəsinin sərhədlərini qeyri-qanuni miqrantlar üçün açacağı ilə hədələyib.

"Bundan da irəli getsəniz, sərhəd qapılarını açacağıq, bunu bilin", - Erdoğan Aİ rəhbərliyinə üz tutaraq deyib.

Onun sözlərinə görə, Aİ qitəyə miqrant axını ilə bağlı məsələ həll edilərkən Türkiyə verdiyi vədlərini yerinə yetirməyib.

Erdoğan bildirib ki, Aİ ilə razılaşma əsasında Türkiyə öz ərazisində 3 milyon qeyri-qanuni miqrant saxlayır.

Cümə axşamı günü AP Türkiyənin Aİ üzvlüyü ilə bağlı danışıqların dondurulması barədə qətnaməni təsdiqləyib. Onun lehinə 479 millət vəkili, əleyhinə isə 37 deputat səs verib. Daha 107 parlament üzvü bitərəf qalıb.

Qətnamədə vurğulanılır ki, Aİ Türkiyə ilə bundan sonra da əlaqələrin inkişafında maraqlıdır.

Mart ayında Aİ ilə Türkiyə arasında miqrasiya böhranının həllinə dair razılaşma əldə olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş