Putinin 5 mesajı

Vladimir Putin Fotonun müəllifi Getty Images
Image caption Bir saatdan çox davam edən çıxışında Putin, iqtisadiyyatdan, xarici siyasət və xalqla dialoq barədə danışıb.

Rusiya prezidenti Vladimir Putin dekabrın 1-də 13-cü dəfə Federal iclasda çıxış edib. Bir saatdan çox davam edən çıxışında o, iqtisadiyyatdan, xarici siyasət və xalqla dialoq barədə danışıb.

BBC Rusca Xidməti onun Kremldəki çıxışından 5 əsas mesajı seçib.

Korrupsiya ilə mübarizə

"Bizdə, təəssüf ki, qondarma rezonans hadisələr ətrafında informasiya qalmaqalı qaldırmaq təcrübəyə çevrilib və istintaq, hüquq-mühafizə orqanlarının nümayəndələri tez-tez bunu edirlər. Hörmətli həmkarlar, sizin diqqətinizi buna yönəltmək istəyirəm ki, korrupsiyaya qarşı mübarizə şou deyil - ciddilik, peşəkarlıq və məsuliyyət tələb edir.

Son illərdə regional, bələdiyyə, federal səviyyəli məmurlar barəsində xeyli gurultulu (cinayət) işlər olub. Bununla yanaşı qeyd edim: Dövlət qulluqçularının böyük əksəriyyəti ədalətli və vicdanlı, ölkənin rifahı naminə çalışan insanlardır."

Ölkənin iqtisadiyyatı

İki il bundan əvvəl biz ciddi iqtisadi təhlükələr, dünya bazarlarında əlverişsiz şərait, sanksiyalarla üzləşdik.Fundamental milli maraqlarımıza etina etmədən bizi başqasının musiqisi altında oynamağa məcbur etmək istəyirdirlər.

Lakin iqtisadiyyatın yubanmasının əsas səbəbi, ilk növbədə, bizim daxili problemlərdədir: İnvestisiya resurslarının, müasir texnologiyaların, peşəkar kadrların çatışmazlığı, rəqabətin inkişafının yetərsizliyi, işgüzar iqlimdəki qüsurlar".

Səhiyyə

Poliklinikaların müasir texnologiya ilə təmin olunması, amma tibb işçilərinin o cihazlardan istifadəsi üçün adi bacarıqlarının olmaması qeyri-adi hal deyil.

Rusiyanın tibb ocaqlarında böyük növbələr var, amma həkimlər də çox yüklənib. Həkimlər arayış və hesabat kağızlarından azad edilməlidir, Putin söyləyib.

Söz azadlığı

"Söhbət ehkamlardan, yalançı, saxta birləşmədə, hansısa dünyagörüşünün məcburi təlqinindən getmir. Bütün bunlar, bildiyiniz kimi, bizim tariximizdə var idi və biz keçmişə qayıtmaq fikrində deyilik.

Amma bu, o demək deyil ki, gözəl sözlərlə oynayaraq və azadlıq haqqında düşüncələrlə pərdələnərək, kimsə başqa insanların duyğularını və milli ənənələrini təhqir edə bilər. Əgər kimsə özünü inkişafetmiş, daha ziyalı hesab edirsə - əgər siz beləsinizsə, digər insanlara hörmətlə yanaşın, bu ki təbiidir.

Bununla yanaşı, aqressiv reaksiyanı əsassız və qəbuledilməz hesab edirəm. Üstəlik, əgər o, vandalizm və qanunun pozulması şəraitində baş verirsə. Dövlətin bu cür faktlara sərt reaksiyası olacaq".

Xarici siyasət

"Biz heç kimlə qarşıdurma istəmirik, o bizə lazım deyil - nə bizə, nə də bizim tərəfdaşlara, nə də ki dünya ictimaiyətinə. Rusiyanı düşmən kimi görən bir sıra xarici həmkarlardan fərqli olaraq, biz heç vaxt düşmən axtarmamışıq və axtarmırıq da, bizə dostlar lazımdır. Amma biz maraqlarımıza laqeyd yanaşaraq onların pozulmasına yol verməyəcəyik.

Sifarişli informasiya kampaniyaları, kompramatlar və mentorluqlar bizi artıq bezdirib, əgər lazımdırsa biz özümüz dərs verə bilərik.

Əlaqəli mövzular

Bu barədə daha geniş