Putin dünyada güc balansının bərpa olunduğunu deyir

Putin Fotonun müəllifi Getty Images

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, dünyada güc balansı tədricən bərpa olunur. O, bu bəyanatı "Həftənin yekunları" adlı televiziya verilişində edib.

Putin bəyan edib ki, 2011-ci ildə, Yaxın Şərq ölkələrinin bir neçəsində rejimlərin dəyişməsinə gətirib çıxarmış "Ərəb Baharı" dövründə Rusiyanın hadisələrə təsir imkanları məhdud olub.

Rusiya prezidentinin fikrincə, müasir dünyada yalnız "səsi eşidilmək üçün çox ucadan səslənənlərə" qulaq asırlar və indi qüvvələr balansı bərpa olunur.

"Birqütblü sülh yaratmaq cəhdləri bərqərar olmadı", o deyib.

Putin növbəti dəfə iri dövlətləri "Ərəb Baharı" dövründə öz geosiyasi maraqlarına naminə beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib. Bununla yanaşı o hesab edir ki, indi onlar da bu normalara yenidən qayıtmağa başlayıb.

Son illər Rusiya, dinc sakinlərin həlak olmasına səbəb olan Krımın ilhaqı, Donbasda silahlı münaqişə və Suriyada hava hücumlar ilə əlaqədar olaraq beynəlxalq hüquq normalarını pozduğuna görə müntəzəm tənqidlə üzləşir, hüquq müdafiəçiləri deyirlər.

Əlaqəli mövzular