Türkiyənin ikinci peyki GÖKTÜRK-1 orbitə buraxılıb

GÖKTÜRK-1 Fotonun müəllifi Genelkurmay Başkanlığı
Image caption GÖKTÜRK-1 peyki Türkiyə vaxtı ilə 16:51:44-də orbitə göndərilib

Coğrafi məhdudiyyət olmadan dünyanın hər yerindən yüksək keyfiyyətli peyk görüntüsünü təmin edəcək GÖKTÜRK-1 peyki Fransanın Guiana ölkəsindən Veqa raketi ilə orbitə buraxılıb.

Hərbi Baş Qərargah rəhbərliyinin internet saytında yazılan məlumatda GÖKTÜRK-1 "Türk Hava Qüvvələrinin gələcək üçün önəmli layihələrindən biri" kimi səciyyələndirilib.

Prezident Recep Tayyip Erdoğan Ankarada keçirilən tədbirdə "Öz peykimizi özümüzün inkişaf etdirməsi və istehsal etməsi şərtdir" deyib.

O əlavə edib ki, GÖKTÜRK-1-in hazırlanmasında yerli iştirak 20 faiz təşkil edib.

"Bundan sonra göndərəcəyimiz peyklərin hazırlanmasında bu faiz əksinə [80 faiz yerli iştirak] olmalıdır".

Yüksək keyfiyyətli görüntülər çəkəcək

GÖKTÜRK-1-in optik kamerası ilə həm mülki, həm də hərbi tətbiqlər üçün çox yüksək keyfiyyətli görüntülər çəkəcəyi bildirilib.

GÖKTÜRK-1 peyki Türkiyə vaxtı ilə 16:51:44-də orbitə göndərilib.

Fotonun müəllifi Genelkurmay Başkanlığı
Image caption GÖKTÜRK-1 ikinci hərbi peyk olacaq

GÖKTÜRK-1-in yanacaqsız halda çəkisi 1070 kiloqramdır.

Peykin layihələndirilməsi, hazırlanması və sınaqdan keçirilməsinə 2010-cu ilin iyulun 19-dan başlanıb.

GÖKTÜRK-1 peyki, 2012-ci ildə istifadəyə verilən GÖKTÜRK-2-dən sonra ikinci hərbi peykdir.