Səudiyyədə 15 "İran casusu" ölümə məhkum olunub

Fotonun müəllifi Getty Images
Image caption Səudiyyə Ərəbistanın Qatif şəhərində yerli şiələrin etiraz mitinqi (8 yanvar 2016)

Çərşənbə axşamı günü Səudiyyə Ərəbistanı məhkəməsi bu ilin iyun ayında həbs edilmiş və İran xeyrinə casusluqla məşqul olduqları iddia edilən 32 nəfərdən 15-inə ölüm hökmü oxuyub.

Reuters agentliyi və al-Arabiya televiziya kanalının məlumatına görə, 2013-cü ildə həbs edilmiş 32 nəfərdən 30-u yerli şiələrdir. Daha bir nəfər iranlı və digəri isə əfqanıstanlıdır.

Onlar Səudiyyə Ərəbistanının hərbi qüvvələri və milli təhlükəsizliyi barədə ciddi və həssas məlumatları İranın kəşfiyyat xidmətlərinə ötürməkdə günahlandırılırlar.

İddialara görə, onlar İran və Livan-da casusluq üsullarını öyrənib, kodlu mesajlar üzrə təlimlərə qatılıb və hətta ayətulla Əli Xamenei ilə şəxsən görüşüblər.

Bu barədə daha geniş