Diyarbakırdan reportaj: Pəncərəmdə pərdə, süfrəmdə qaşıq yoxdu
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Diyarbakırdan reportaj: Pəncərəmdə pərdə, süfrəmdə qaşıq yoxdu

İnsan haqları müdafiəsi üzrə Amnesty İnternational təşkilatı Türkiyə hökumətinə müraciət edib. Təşkilat əhalinin əksəriyyəti kürd olan Diyarbakır əyalətində həyata keçirilmiş hərbi əməliyyat nəticəsində evlərindən didərgin düşmüş on minlərlə insana təzminat ödəməyə və onlara evlərinə qayıtmağa icazə verməyə çağırıb.

Türkiyə Ordusu ilə fəaliyyəti qadağan edilmiş Kürdistan Fəhlə Partiyası (PKK) arasında 2015-ci ildə yenidən başlayan zorakılığın yeni dalğası ardınca cənub-şərq regionlarının mərkəzlərində sərt komendant saatı tətbiq edilir.

BBC müxbiri Selin Girit Diyarbakırdan xəbər verir.