Glencore və Qatar, Rosneft-in 11.3 milyard dollar dəyərində payını alıb

Fotonun müəllifi Getty Images
Image caption Rosneft şirkətinin loqosu

Kreml, Glencore ticarət markası və Qatarın suveren sərvət fondu birlikdə, Rusiyanın ən böyük neft şirkəti Rosneft-in 19.5% payını alacağı xəbərini yayıb.

"Bu, 2016-cı ilin ən böyük özəlləşdirmə müqaviləsi və qlobal neft və qaz sektorunun ən böyük satışıdır," prezident Vladimir Putin deyib.

Glencore və Qatar pay üçün 11.3 milyard dollar ödəyəcək və ən maraqlısı isə BP-nin artıq Rosneft-də 19.75% pay sahibi olmasıdır.

Moskva şirkətin səhmlərinin nəzarətinə davam edəcək.

Uzun müddətdir planlanan satış, qlobal neft qiymətləri və Qərb sanksiyaları nəticəsində ölkədə iki ildir yaşanan böhranın qarşısını alıb, büdcədə balans yaratmaq üçün Rusiya hökumətinin səyləri əsasında baş tutub.

Satış üçün son tarix bitdiyinə görə, Rosneft-in alıcı tapa bilməməsi haqqında fikirlər dolaşırdı.

Saziş, həm də səhm qiymətlərinin aşağı düşməsi nəticəsində paylarını satmaq və borclarını ödəmək məcburiyyətində qalmış Glencore-ın tədavül dövriyyəsinə yaxşı təsir edəcək.

Glencore-ın səhmləri bu il yenidən özünə qayıdıb. Qatar İnvestisiya Şirkəti Glencore-ın ən böyük investorlarından biridir.

Rosneft-in baş icraçısı Igor Sechin ilə televiziya görüşündə Cənab Putin, sazişin, qlobal neft qiymətləri və OPEC-in istehsalatı dayandırması qərarından sonra baş tutduğunu vurğulayıb.

30 potensial iddiaçı

Rusiya, OPEC-ə üzv olmadığı halda, kertelə uyğun olaraq, hasilatını dayandırmağa razılaşıb və detalları müzakirə etmək üçün üzv ölkələrlə şənbə günü baş tutacaq görüşdə iştirak edəcək.

Cənab Sechin-ə görə, Glencore və Qatardan gələn məbləğlə konsorsium və bərabər paylar yaradılcaq. O, qərar verilməmişdən öncə, Rosneft-in 30-dan çox iddiaçı ilə danışıqlar apardığını əlavə edib.

Ukrayna konfliktinə görə ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyaları səbəbi ilə heç kimin Rusiyaya böyük yatırım etməyəcəyi düşünülsə də, şirkətlərin Rosneft satışında iştirakına qadağa qoyulmamışdı.

Donald Trump-ın ABŞ prezidenti seçilməsi Moskva ilə münasibətlərin dəyişəcəyi ilə bağlı fərziyyələr yaradıb.

Yaydığı bəyanatda Glencore bildirib ki, sazişin bir hissəsini, 300 milyon avro öz payından, qalanı isə banklar və Qatar suveren fondunun ayırdığı vəsaitlə maliyyələşdirəcək. Qatar isə hələ bəyanat yaymayıb.

Glencore, Rosneft-in xammal hasilatına giriş əldə etməklə, mənfəət qazanacaq. Qatar isə dünyanın ən böyük bizneslərinin əsas investoru olmaqla, daha da inkişaf edəcək.

Bu barədə daha geniş