Ukrayna və Gürcüstan üçün Aİ-ə vizasız giriş

səyahət Fotonun müəllifi ANDREJ ISAKOVIC

Avropa İttifaqı cümə axşamı bildirib ki, gürcülərin və ukraynalıların Avropaya vizasız gediş-gəlişini yubadan bəzi daxili məsələlər həll olunub, AFP yazır.

İmmiqrasiya və terrorizm təhlükələri fonunda, Avropa Komissiyası və blokun 28 üzvü viza tələblərinə daha tez və daha asanlıqla yenidən baxacaq.

Lakin viza rejiminin dayandırılması barədə sövdələşmə Avropa Parlamenti və üzv dövlətlər tərəfindən formal olaraq təsdiqlənməlidir.

Avropa Parlamenti və üzv dövlətlər arasında sövdələşmə "Gürcüstan və Ukrayna üçün viza liberallaşdırılması təkliflərinə dərhal baxılmasını asanlaşdıracaq", Avropa Parlamentinin üzvü Agustin Diaz de Mera deyib.

Ukrayna və Gürcüstan Aİ-lə birgə gələcək qurmaq üçün vizasız səyahətlərdə maraqlıdır, amma bunu etməklə onlar Rusiyada dərin düşmənçilik və şübhə yaradıblar.

Gürcüstanın təxminən beş milyon, Ukraynanın isə 44 miıyon əhalisi var.

"Bu saziş balanslaşdırılıb və ittifaqının viza liberallaşdırılması siyasətinin səmərəliliyi və nüfuzu üçün olduqca vacibdir", Slovakiyanın daxili işlər naziri Robert Kalinak bildirib.

Cənab Kalinak onu da bildirib ki, belə razılıqlar lazimi tələbləri yerinə yetirən digər ölkələrə də qapı açmalıdır.

Bu barədə daha geniş