Britaniya kəşfiyyatının lideri: Rusiya İD-lə mübarizəyə mane olur

Alex Younger Fotonun müəllifi PA
Image caption "Rusiya və Suriya rejimləri [Suriyanı] səhraya çevirmək və daha sonra bunu sülh adlandırmaq istəyirlər", Alex Younger bildirib.

Özünü İslam Dövləti (İD) adlandıran qrup Britaniya və onun müttəfiqlərinə hücum planlayır, Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin (Mİ-6) Alex Younger bildirib.

Onun sözlərinə görə, bu, Rusiyanın "Suriya prezidenti Bəşər Əsədin müxaliflərini məhv etməsi" fonunda baş verir.

Mİ-6 rəhbəri Rusiyanın Suriyadakı fəaliyyətini tənqid edərək bildirib ki, Moskva Əsədin bütün müxaliflərini terrorçularla eyni səviyyədə qiyaraq İD-ə qarşı mübarizəyə mane olur.

"Rusiya və Suriya rejimləri [Suriyanı] səhraya çevirmək və daha sonra bunu sülh adlandırmaq istəyirlər. İnsan faciəsi sadəcə ürəkpartladıcıdır".

Bu, cənab Youngerin 2014-cü ildə Mİ-6 rəhbəri təyin edildikdən bəri ilk çıxışıdır.

O düşünür ki, indi Britaniya terrorçular tərəfindən görünməmiş hədə ilə üzləşib.

"Mən indi danışdığım vaxtda İD-in yaxşı təşkilatlanmış strukturları xaricdə hücumlar, Britaniya və onun müttəfiqlərinə qarşı zorakılıq etməyə hazırlaşır. Müharibə şəraiti onlara təsir etmir, onlara heç Suriyanı tərk etmək də lazım deyil."

Qərb ölkələri bundan əvvəl də Rusiyanı, Suriya hökümətinə qarşı olan qərbin yardımı ilə İD-ə qarşı döyüşən müxalifəti bombalamaqda ittiham edilib.

Moskva bu iddiaları hər zaman rədd edib.