Qulam Hüseyn Qeybpərvə, İranın yeni Bəsic komandiri təyin olunub

Fotonun müəllifi Getty Images
Image caption Bəsic yarı-hərbi təşkilat üzvləri

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) altında fəaliyyət göstərən könüllü yarı-hərbi təşkilat Bəsicə, yeni komandir təyin olunub.

Dekabrı 7-i Ali lider Ayətullah Xamenei, briqada generalı Qulam Hüseyn Qeybpərvəri, Bəsicin yeni komandiri təyin edib.

Qeybpərvər, vəzifəsi İİKK-ın mədəni və sosial məsələləri üzrə komandir müavinliyinə dəyişən briqada generalı Məhəmməd Rza Nəqdini əvəz edib.

Sələfi kimi 54 yaşlı Qeybpərvər də, islahatçılar düşərgəsinə qarşı barışmaz mövqedə dayanması ilə tanınır.

Keçmişi

Qeybpərvər, 1962-ci ildə İranın şimal-qərbində yerləşən fars əyaləti Şirazda doğulub. İran-İraq müharibəsi zamanı (1980-1988) o, Şiraz Diviziyası Fəcr-19 tərkibində xidmət edib.

Müharibədən sonra, o, İİKK Yerli Qüvvələrinin təlim departamentinin başçısı olub və 2006-cı ilə kimi İİKK ordusunun şimal əyaləti Mazandaranda yerləşən Diviziya 25-in komandiri vəzifəsində çalışıb.

Sonra isə Fəcr-19 Diviziyasını komandiri təyin olunub. 2008-ci ildə Bəsic və İİKK-nin Yeri Qüvvələrinin birləşməsi nəticəsində baş verən inzibati dəyişiklik, İİKK-da vilayət filiallarının yaranmasına səbəb olur. Eyni ildə Qeybpərvər, İİKK-in Fars Vilayətinin komandiri vəzifəsinə keçir və postunda 2016-cı ilin avqustuna kimi qalır.

2015-ci ilin dekabrında Qeypərvər, briqada generalı Hüseyn Həmədanini əvəzləyərək, İmam Hüseyn Hərbi Bazasının başçısı təyin olunur. Yüksək səviyyəli İİKK komandiri sayılan Həmədani, Suriyadakı "məsləhətçi" missiyasını yerinə yetirərkən qətl olunub.

Həm də "əlaqələndirici" elit batalyonları idarə edən baza komandirinə Suriyada aktiv olmaq tapşırılıb. Onların missiyası, "ölkə sərhədi boyu və ya hətta, sərhəd daxilində hökumətin (İslam Dövləti) lazım bildiyi şəkildə hərəkət etməkdir."

Qeybpərvər, strateji elmlər üzrə yüksək elmi dərəcəyə malikdir.

Anti-islahatçı

Komandir, islahatçılara qarşı güclü barışmaz mövqeyə malikdir. Bu, xüsusilə 2009-cu il prezident seçkisindən sonra, keçmiş prezident Mahmud Əhmədinecadın yenidən hakimiyyət gəlməsi üçün baş tutan genişmiqyaslı küçə nümayişlərindən sonra, daha da kəskinləşib.

Ultra-mühafizəkarlar, 2009-cu il iğtişaşını "fitnə" kimi qiymətləndirirlər. Onlar həmçinin, islahatçıların liderləri və prezidentliyə keçmiş namizədlər Mir-Hüseyn Musəvi və Mehdi Qərrubini "fitnənin liderləri" kimi tanıyırlar.

2014-cü ildəki nitqində Qeybpərvər, Musəvi, Qərrubi və islahatçı keçmiş prezident Məhəmməd Xətamini "tövbə etmədikcə təmizlənməyəcək siyasi murdar (nəcis)" adlandırıb.

2016-cı ildə baş tutan parlament seçkilərindən qabaq, Qeybpərvər, islahatçıları növbəti "fitnə" planlamaqda ittiham edib və bildirib ki, adamlar onlara səs verməyəcək. Buna baxmayaraq, islahatçılar, İran parlamentində (Məclis) 290 yerdən ən az 100-ə seçilməyi bacarıblar.

Yeni missiya

Fərmanında Ayətullah Xamenei Qeybpərvərə, Bəsicdə "insanların, xüsusilə də gənclərin iştirakının daha yaxşı təşkili" və elmi, mədəni, müdafiə və ictimai xidmət arenaları ilə "daha güclü məşğul olmağı" tapşırıb.

Ali lider həmçinin yeni komandirə, "düşməni nəzarətdə saxlamaq" yönündəki cəhdləri daha artırmaq əmri verib.

Bəsicin əsası, 1979-cu ilin noyabrında İslam Respublikasının yaradıcısı Ayətullah Xameneinin fərmanı ilə qoyulub.

Bəsic, daxili təhlükəsizlik və hüquq-mühafizə, eləcə də, xüsusi dini, siyasi və elmi tədbirlərin və əxlaqi asayişin qorunması üçün dəstəkçi qüvvə kimi çıxış edir. Bəsicin hər bir qəsəbədə, əsas dövlət orqanlarında, universitetlər və təşkilatlarda filialları mövcuddur.

Təxmin olunur ki, yüz minlərlə iranlı Bəsic üzvüdür. Baxmayaraq ki, keçmiş Bəsic komandiri Nəqdi, onların sayının 25 milyonu keçdiyini bildirmişdi.

Bu barədə daha geniş