McLaren hesabatı: 1000-dən çox idmançı hökümətin dopinq planında iştirak edib

Richard McLaren Fotonun müəllifi PA
Image caption Hesabatın müəllifi Richard McLaren (ortada) dopinqin "indiyədək görünməmiş miqyasda" baş verdyini deyib

2011-ci ildən indiyədək, dörd il boyunca mindən çox rusiyalı atlet hökümətin sponsorluq etdiyi dopinq proqramından faydalanıb, yeni hesabat iddia edir.

McLaren hesabatının sonuncu hissəsi Sochi 2014 Olimpiyadasında dörd və London 2012 Olimpiyadasından beş medal sahibinin dopinqlə məşğul olduğunu iddia edir.

Sənədə görə, Rusiya kəşfiyyatı quraşdırılmış planda iştirak edib.

Hesabatda bildirilir ki, idmançılar tək hərəkət etməyiblər və bir proqramda iştirak ediblər.

Hesabatın Ümumdünya Antodopinq Agentliyi tərəfindən təyin edildiyi müəllifi, professor Richar McLaren, dopinqin "indiyədək görünməmiş səviyyədə" baş verdiyini deyib.

"Bu ört-basdırla başlayıb, sonra isə quraşdırılmış və intizamlı medal qazanan strateqiyaya çevrilib", o əlavə edib.

Sistem London 2012 Olimpiya və Moskva 2013 Dünya Atletizm Çempionatı ərəfəsində və xüsusilə də Soçi Qış Olimpiya Oyunları zamanı "uğursuzluğa qarşı ehtiyat" sisteminin yaradılması ilə təkmilləşdirilib.

Rusiya komandası London Olimpiya Oyunlarında ümumilikdə qazandığı 72 medaldan 21-i qızıl olub və Soçi 2014 Olimpiya Oyunlarında ümumilikdə qazandığı 33 medaldan 13-ü qızıl olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş