Qırğızıstanda referendum: Konstitusiyaya dəyişikliklər qəbul edilib

prezident Almazbek Atambayev Fotonun müəllifi Ria novosti
Image caption Müxalifət deyir ki, bu referendum sayəsində 2017-ci ildə baş nazir olma ehtimalı olan hazırki prezident Almazbek Atambayev hakimiyyəti öz əlində cəmləşdirməyi planlayır.

Qırğızıstanda ümumxalq referendumunda səsverməsinin ilkin nəticələrinə görə Konstitusiyaya dəyişikliklər qəbul edilib.

AFP yazır ki, seçicilərin 79.67 faizi konstitusiya dəyişikliyinin lehinə səs verib.

Sərvermədə seçicilərin yalnız 40 fazi iştirak edib, seçki komissiyası bildirib.

Bu o deməkdir ki, prezident Atambayevin müttəfiqi baş nazir Sooronbay Jeenbekovun səlahiyyətləri xeyli genişlənəcək və ona yerli icra başçılarıni təyin etmək üçün yerli şuraların rəyi lazım deyil.

Referendum nəticələrinə görə, eyni zamanda isə məhkəmə sisteminin və ölkənin idarəsində parlamentin rolu aşağı düşür. Düzəlişlər konstitusiyanın 30 maddəsinə aiddir.

Hazırda ölkədə 2010-cu ildə prezident Kurmanbek Bakiyevin devrilməsindən bir neçə ay sonra qəbul edilmiş konstitusiya qüvvədədir.

Qırğızıstanın müstəqil olduğu 25 il ərzində bu sənəd 8-ci dəfə dəyişdirilir.

Düzəlişlərin qəbul olunmasının tərəfdarları hesab edirlər ki, tələsik qəbul edilən konstitusiyanın hazırkı variantı yarımçıqdır.

Müxalifət isə 2017-ci ildə baş nazir olma ehtimalı olan hazırki prezident Almazbek Atambayevin hakimiyyəti öz əlində cəmləşdirməyi planladığını deyir.

Əlaqəli mövzular