Qırğızıstanın konstitusional referendumu nə vəd edir?

referendum Fotonun müəllifi VYACHESLAV OSELEDKO
Image caption Ötən gündən seçki məntəqələrində səsverməyə son hazırlıq görülüb

Qırğızıstanda 11 dekabrda konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir.

Əgər qəbul olunarsa, təkliflərə əsasən baş nazirin gücü prezidentə nisbətən artacaq və parlament və məhkəmənin rolu zəifləyəcək.

Bu isə baş nazirin rəhbərliyi altında hakimiyyətin yeni sistemə keçməsinə yol açacaq.

Dəyişikliklər, yerli və beynəlxalq qruplar tərəfindən tənqidlə qarşılanıb.

Müxalifət, insanları səsvermədə "Yox" deməyə çağırır. Onların fikrincə, bu, hazırkı prezident Almazbəy Atambəyevin gələn il nazir olacağı təqdirdə, hakimiyyətdə daha uzun müddət qalması üçün nəzərdə tutulub.

Yoxsul respublika, ictimai səsvermənin dəyərini "azaltmaq" üçün, eyni gündə yerli seçkilər də təşkil edir.

Nə dəyişəcək?

Baş nazir və prezident postlarının gücü daha da artacaq.

89-cu maddənin yeni 7-ci bəndi baş nazirə, yerli bələdiyyələr cəlb olunmadan, yerli hakimiyyət orqanlarının başçılarını seçmək və ya azad etmək səlahiyyəti verəcək.

72-ci maddəyə olan dəyişikliklərə əsasən, millət vəkili olduğu təqdirdə baş nazir, postundan ayrılsa belə, parlamentin üzvü olaraq qalacaq.

95-ci maddəyə edilən dəyişikliklər nəticəsində, hakimlərin transfer və yerdəyişməsi haqqı Hakimlərin Seçilməsi Şurasından prezidentə keçəcək.

6-cı maddə üçün təklif edilən dəyişiklər seçilərsə, beynəlxalq insan haqları müqavilələrinin digər beynəlxalq razılaşmalara nisbətən üstün olduğu və birbaşa tətbiqi ifadəsi konstitusiyadan götürüləcək.

41-ci maddə üçün nəzərdə tutulan dəyişiklik isə dövləti, beynəlxalq insan haqları qurumlarının, fərdlər üçün insan və azadlıq haqqının pozulması ilə bağlı qərarlarının, Qırğızıstan respublikası tərəfindən təmin edilməsi və qorunması haqqından azad edəcək.

36-cı maddəyə edilən dəyişiklik, ailə anlamını daha geniş izah edən "iki şəxsin ittifaqı" ifadəsini "kişi ilə qadının ittifaqı" sözü ilə əvəzləyəcək.

Təklif olunan dəyişikliklər niyə mübahisəlidir?

Fotonun müəllifi VYACHESLAV OSELEDKO
Image caption Müxalifət, dəyişikliklərin avtoritar rejimi yenidən bərpa edəcəyi və prezidentlik müddəti 2017-ci ildə bitəcək Atambayevin hakimiyyətdə baş nazir kimi qalacağından qorxur.

Müxalifət, dəyişikliklərin avtoritar rejimi yenidən bərpa edəcəyi və prezidentlik müddəti 2017-ci ildə bitəcək Atambayevin hakimiyyətdə baş nazir kimi qalacağından qorxur.

6 və 11-ci maddələrdəki ifadələrin ləğvi isə, Qırğızıstanın, beynəlxalq insan haqları müqavilələrini tanımayacağı anlamına gələcək.

Fərdlər bu zaman, öz insan haqları və azadlıqlarını, beynəlxalq insan haqları qurumlarının tanıdığı kimi bərpa edə bilməyəcəklər.

36-cı maddəyə ediləcək dəyişikliklərə əsasən, yalnız kişi ilə qadın arasındakı ittifaq "ailə" kimi tanınacaq. Bu, evlənməyən eynicinsli cütlüklərə qarşı ayrıseçkilikdir.

Hazırkı konstitusiya nə dərəcə əhəmiyyətlidir?

Cari konstitusiya, 1991-ci ildə qəbul olunub və sonuncu dəfə dəyişiklik 2010-cu ildə, prezident Qurmanbəy Bakiyevin devrilməsindən sonra edilib.

Bu dəyişiklik, demokratik parlamenti təqdim etdi və prezidentin səlahiyyətlərini nəzərə çarpacaq dərəcədə azaltdı.

Lakin 2016-cı ilin iyun ayında prezident Atambayevin rəhbəri olduğu Sosial Demokratik Partiyasının dörd millət vəkili, təxminən 30 dəyişiklik təklifi etdilər. Onlar, hazırkı konstitusiyaya 2010-cu ildə edilən düzəlişlərin "tələsik... bir çox müddəalar düzgün nəzərə alınmadan" edildiyini əsas gətiriblər.

Atambayev, arqumentlərə dəstək olaraq bildirib ki, konstitusiya "avtoritar idarəetmə və korrupsiya üçün imkanlar yaradır".

Beynəlxalq reaksiya necədir?

Venesiya Komissiyası və ATƏT/DTİHB, narahatçılıqlarını ifadə edərək bildiriblər ki, "təklif olunan dəyişikliklər, güclərin balansına neqativ təsir göstərərək icraedici orqanların gücünü daha da artıracaq və parlament, xüsusilə də, məhkəməni zəiflədəcək".

ATƏT, müşahidəçilərini göndərməkdən imtina edib.

Növbədə nədir?

Referendum ən az 50% seçici aktivliyinə əsasən və onların əksəriyyətinin dəyişikliklərə səsverməsi ilə baş tutmuş sayılacaq.

Konstitusional dəyişikliklərə qarşı olan müxalifət, seçiciləri təklif olunan düzəlişləri rədd etməyə səsləyir.

Onlar nəticədən asılı olmayaraq, referendumu qeyri-qanuni elan edəcəklər.

Onlar konstitusiyanın 10 illik qadağanın "pozulması" ilə və Konstitusional Palatanın təsdiqi olmadan dəyişdirildiyini bildiriblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş