İstanbulda stadion yaxınlığında partlayış
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

İstanbulda stadion yaxınlığında partlayış

Dekabrın 10-da İstanbulda Dolmabahçe-də yerləşən Vodafone Arena Stadionunun bir qapısının önündə və əks istiqamətdə yerləşən Maçka Parkında eyni zamanda iki bomba partladılıb.

Hökumət, hücumların hədəfinin çevik polis qüvvələri olduğunu bildirib.

Stadionun qapısındakı hücum bomba qoyulmuş avtomobilin, Maçka Parkındakı hücum isə intihar bombasının partlaması nəticəsində baş verib.

Hadisədən dərhal sonra hadisə yerinə təcili tibbi yardım və polis qüvvələri gəlib.