Türkiyə iqtisadiyyatı 7 il sonra kiçilir

para para para Fotonun müəllifi Getty Images

Türkiyə iqtisadiyyatı 2016-ci ilin üçüncü rübündə ötən ilin eyni vaxtına nisbətdə 1.8 faiz azalıb.

Təhlilçilər azalmanı çevriliş cəhdinin sonra iqtisadiyyatın zəifləməsi ilə əlaqələndirir.

Türkiyə Statistika Qurumu (TÜİK) bildirib ki, bu azalma iyul, avqust və sentyabrda ümumi daxili məhsulun zəncirlənmiş həcm indeksində hiss edilib.

Bununla da, Türkiyə iqtisadiyyatında 27 rüb sonra ilk dəfə azalma hiss edilib.

TUİK bildirib ki, son dəfə 2009-cu ildə 2.8 faiz belə kiçilmə hiss edilib.

Fotonun müəllifi Getty Images

Qurumun bundan öncə açıqladığı məlumatlarında bu ilin I və II rübündə 4.5 faiz artma olduğu bildirilib.

Reuters 18 iqtisadçının hesablamalarına əsasən yazmışdı ki, III rübdə cəmi 0.5 faiz azalma gözlənilirdi.

Bundan əlavə həmin sənəddə deyilir ki, il sonu üçün 2.1 və 3.6 faiz artma gözlənilir.

Reuters yazır ki, III rübdə azalmaya çevrilişə cəhd, turizm sektorundakı itkilər, qlobal və geopolitik hadisələrin təsir edəcəyi gözlənilirdi.

İqtisadçılar 2017-ci il üçün Türkiyə iqtisadiyyatının artma təxminlərini aşağı rəqəmlərdə saxlayırlar.