"İstəmirəm oğlum şəhid olsun, oğlum qətledildi”
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

"İstəmirəm oğlum şəhid olsun, oğlum qətl edildi”

İstanbuldakı hücumda həyatını itirən polis və mülkilərin ailələri Ədliyyənin Tibb-ekspertiza bölməsindən onların meyitlərini götürərək yas mərasimi üçün Əmniyyət Müdirliyinə aparılır.

Hücumlarda həyatını itirmiş 44 insan arasında 19 yaşlı tibb fakültəsi tələbəsi Musfata Berkay Akbaş da var.

Oğlunun meyitini götürən ata Salim Akbaş jurnalistlərə bildirib ki, oğlu Ankara Başkent Universitetinin Tibb fakültəsinin ikinci kurs tələbəsi olub.

“İmtahanlardan sonra Ankaradan İstanbula cəmi iki günlüyə gəlmişdi. Gəzmək üçün gəlmişdilər. Təsadüfən taksi ilə oradan keçirdilər. Hamısı bu. Sadəcə bu. Bu qədər təsadüf, bu qədər bəsit, bu qədər ucuz”.

"Onun üçün şəhid. Yox mən istəmirəm oğlum şəhid olsun. Oğlum qətledildi. Mən başqa bir şey demirəm. Mustafa Berkay Akbaş gələcyi olan bir tibb tələbəsi idi. Başkent Universitetində. Xəyalı həkim olmaq idi. Belə insanlara yardım etmək idi. Amma mən onu cənazə maşını ilə geri aparıram indi. Mən istəmirəm oğlum şəhid olsun. Oğlum qətledildi.”