Navalnıy 2018-ci ildə Rusiyada keçiriləcək pezident seçkilərində mübarizə aparacaq

Aleksey Navalnı Fotonun müəllifi AFP
Image caption Aleksey Navalnı

Rusiyanın müxalifyönlü siyasətçisi Aleksey Navalnı 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.

Navalnı prezident seçkilərində iştirakı planları barədə onun layihələrinə pul yatırımı edən və ya könüllü kimi çalışanlara yazdığı elektron məktubda bildirib. Həmçinin masa arxasında oturduğu yerdə video müraciət yayımlayan Navalnının sol tərəfində Rusiya bayrağı, sag tərəfində isə ailəsinin şəkli əks olunub.

Müraciətdə seçkilərdə iştirak edib-etməyəcəyi barədə çox düşündüyünü açıqlayan Navalnı "məni düşündürən hazırkı Rusiya hakimiyyətinə qarşı mübarizə aparmağın çətin olub-olmadığı deyil, məni düşündürən bunun hər kəs üçün faydalı olub-olmamayacağıdır. Mənim seçkilərdə iştirakımın ölkə üçün, dövlət üçün, cəmiyyət üçün və ya mənim ideyalarımı paylaşmayan insanlar daxil olmaqla belə konkret bir insan üçün nə dərəcədə yaxşı olacağını düşünürəm"- deyə siyasətçi vurğulayıb.

"Təəssüf ki, biz artıq səsvermə heç bir şeyi həll etmir fikrinə alışmışıq. Təəccüblü deyil, cünki 1996-cı ildən bu yana Rusiyada əsl seçkilər keçirilməyib və bizim acınacaqlı vəziyyətdə olmağımızın səbəblərindən biri də budur," deyə Navalnı əlavə edib.

Onun fikrincə, artıq 17 ildir ki, hakimiyyətdə olan hazırkı rəhbərlik istənilən irada reaksiya verməkdən yayınır, Kreml və hökumət isə yalnız şəxsi və pül məsələlərini həll etməklə məşğuldur.

Navalnı seçki kampaniyası gedişatında hamının susduğu, amma açıqlanma zamanı çoxdan çatan məsələləri müzakirə edəcəyinə dair vəd verib: "Ölkənin milli sərvəti necə müəyyən olunacaq: haqlı olaraq, yoxsa bundan sonra da ölkə sərvətinin 88 faizi əhalinin onda birinə çatacaq. Nəhayət ki, çalışan insan sakitcə ipoteka borcunu verəcək, yoxsa ağlagəlməz faizlərlə boğulacaq?"

Rusiyalı siyasətçi evlərində çamadanla pullar saxlayan nazirlərin məsələsini də bu hakimiyyətlə müzakirə etmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə seçkilərdə "durğunluq və inkişaf proqramı" arasında seçim etmək zamanıdır və müxalifət ölkəyə belə bir proqramı təklif etməyə hazırdır.

"Biz bərabərsizliyə və korrupsiyaya qalib gələciyik. Biz yenidən doğularaq səhiyyəni və təhsili dirçəldəcəyik. Bizim güclü ordumuz və çalışan hər kəsin layiqli həyatı olacaq ", - deyə o, açıqlamasında qeyd edib.

Tərəfdarlarına göndərdiyi məktubunda hazırkı hakimiyyətin saxtakarlığına və propaqandasına qarşı müqavimət göstərməyin çətinliyi barədə özünə hesabat verdiyini yazan Navalnı "hətta namizəd olmağın belə asan olmayacağını yaxşı anlayıram" deyib.

Müxalifətçi Putin və Kremlin təklif etdiyindən daha yaxşı bir proqramı olduğunu iddia edir : "Mən hər şeyi öz adıyla çağırmaqdan, "sistem"i və konkret insanları ifşa etməkdən çəkinmirəm".

Navalnı artıq özünün seçkiqabağı kampaniya saytını aktivləşdirib. Saytın materillarına görə seçkilərdə onun şüarı "Seçim vaxtıdır" olacaq.

Navalnıya seçkilərə qatılmağa nə mane ola bilər?

Dekabrın 5-də Kirovun Lenin rayon məhkəməsində "Kirovlesin işi"nə təkrar baxılıb. Qeyd edək ki, 2013-cü ilin oktyabr ayında bu işlə bağlı Navalnı 5 il şərti cəza alıb.

"Kirovles" işi üzrə hakimlərin qərarına etiraz edən Navalnı və onun müdafiəçiləri Avropa İnsan Haqları Məhkəməsinə qədər gedib çıxıblar. 2016-cı ilin fevralında Avropa İnsan Haqları Məhkəməsi siyasətçinin qanuni sahibkarlıq fəaliyyətindən heç də fərqlənməyən bir cinayətə görə mühakimə olunması barədə qərar çıxarıb.

Rusiya məhkəməsi 3 il bundan əvvəl çıxarılan qərarı yenidən təsdiqləyəcəyi təqdirdə Navalnı 5 il ərzində (ona verlən şərti cəza qüvvədə qaldıgına görə) prezident seçkilərində iştirak edə bilməyəcək. ("RF" prezident seçkiləri barədə qanunun 5.1 maddəsi, səh. 3).

Bununla yanaşı Navalnı cəzasıni çəkib qurtardıqdan sonra belə yenə də seçkilərdə iştirak edə bilməyəcək, cünki onun məhkumluğu barədə qərar ləğv edilməyəcək. Şərti cəza alanlara qarşı məhkumluğun ləğvi "sınaq müddəti başa çatdıqdan sonra hesablanır". 2013-cü ildə məhkəmə müxalifətçiyə sınaq müddətini 5 il təyin edib.

Lakin 5 il sonra da Navalnı passiv seçki hüququ əldə edə bilməyəcək. Prezident seçkiləri haqqında qanuna əsasən ağır cinayətlərə görə cəza alan şəxs yalnız 10 ildən sonra, məhkumluq barədə cəza ləğv edildikdən sonra seçkilərdə iştirak edə bilər.

Bu barədə daha geniş