Moskva: Restorana "NKVD" adının verilməsi səs-küyə səbəb olub

Restaurant minus sign, 13 Dec 16
Image caption Sosial mediada verilən reaksiyanın ardından restoranın divarındakı NKVD adı yığışdırılıb

Moskvada yerləşən "NKVD" adlı - Stalin dövrü kommunist terrorunu xatırladan - bir restoran sosial medianın diqqətindən yayınmayıb və etirazlar nəticəsində restoranın üzərindəki böyük işarə götürülüb.

Restoran işçiləri BBC-ə hərfləri kimin götürdüyündən xəbərdar olmadıqlarını bildiriblər.

NKVD, Sovet KQB gizli polisinin sələfi hesab olunur. 1930 və 1940-cı illər arasında NKVD, əksəriyyətinin qətli ilə nəticələnən milyonlarla insanı həbs edib.

Restoranda Sovet diktatoru İosif Stalinin böyük portreti asılıb.

Image caption İçəridə Stalinin böyük portreti asılıb - Sovetlərdən bir xatirə

Stalinin şəkili həmçinin, restoranın menyusunda da əks olunub, lakin BBC çərşənbə axşamı günü restorana baş çəkərkən işçilərdən biri ona menecerin menyuları "lövhə geri vurulanadək" yığışdırmasını istədiyini deyib.

"Divara baxın, lövhə təzəlikcə qopardılıb," adını bildirməyən bar işçisi deyib.

Restoran Kremldən və köhnə gizli polis binasının yaxınlığında - Ostojenka küçəsində yerləşir.

"NKVD" mübahisəsi, Rossiya 24 dövlət kanalının Vesti televiziya xəbərlər verilişində də təqdim olunub.

Image caption Kommunist simvolları restoranın menyusunu bəzəyir - lakin yeməklər sadə Sovet təamlarına bənzəmir

İşçilər BBC-ə bildiriblər ki, hərflərin ruscadan açıqlaması "böyük gücün milli mətbəxi" mənasını verir, Stalinin gizli polisinin yox.

Barın işçisi "NKVD" adını müdafiə edib.

"Həqiqətən ümid edirəm ki, lövhə yenidən asılacaq. Niyə də yox? İnsanlar niyə NKVD olduğunu sual edir, amma niyə də yox? Bu Gestapo deyil, NKVD-dir," o deyib.

Qəzəb

Lakin bəzi rusiyalılar bunu, tarixi eyniadlı hissəsini təmizə çıxarmaq və sonsuz Stalin qurbanlarına qarşı təhqir kimi qiymətləndiriblər.

Fotonun müəllifi Twitter
Image caption Hüquqşünas Mark Feyqin: "Bu Moskvanın mərkəzində yerləşir. Bəlkə də "Beş Qətl Kömür Qrili" adlandırmaq daha məqsədəuyğun olardı."

Stalinin portretlərinin ictimai təzahürü Sovet İttifaqının son onilliklərində tabuya çevrilsə də, Vladimir Putin Rusiyasında yenidən görünməyə başlayıb.

Cənab Putin, İkinci Dünya Müharibəsində SSRİ-nin verdiyi qurbanları xüsusilə qeyd edir. Lakin o həmçinin, Stalinin təhlükəsizlik aparatının törətdiyi dəhşətli qətlləri də inkar etmir.

BBC-nin Moskva müxbiri Sarah Rainsford-a görə, NKVD adı, ictimaiyyətin eşidərkən narahat olduğu bir kəlmədir.

Ad lövhəsinin əks olunduğu şəkli ilk dəfə, insan haqları üzrə vəkil, Mark Feyqin dekabrın 9-u Twitter hesabında paylaşıb.

Rusiyanın qeyri-hökumət təşkilatı olan Perspektiva Fondundan Leonid Qozman-a görə isə, "bu, sanki, ölkənin ən faciəvi dövrünün yenidən bərpasıdır."

"Mən, Münhen və ya Berlində 'Gestapo' adlı restoran təsəvvür edə bilmirəm... İnsanlarımızın çoxu NKVD-ni kriminal təşkilatı kimi qəbul edir. Bir çox insanların qohumları həmin dövrdə əziyyət çəkib və ya da öldürülüb."

Rusiyalı Therese Philosophe adlı bir Facebook istifadəçisi, restoranın yerləşdiyi binada yaşamış dörd Sovet terroru qurbanı haqqında məlumatlar paylaşıb.