Erdoğandan "milli səfərbərlik" elanı

Cumhurbaşkanı Recep Tayyip Erdoğan Fotonun müəllifi Reuters
Image caption Erdoğan "təhlükəsizliyimizi sadəcə təhlükəsizlik qüvvələrinə buraxmaq olmaz" deyib

Prezident Recep Tayyip Erdoğan "Türkiyə Cümhuriyyətinin rəhbəri kimi bütün terror təşkilatlarına qarşı milli səfərbərlik elan edirəm" söyləyib.

Erdoğan bütün təhlükəsizlik qüvvələrindən "səlahiyyətlərini istifadə etmələrini" istəyib.

Prezident Sarayında ağsaqqalların iclasında çıxış edən Erdoğan bildirib:

"Buradan bütün vətəndaşlarıma müraciət edirəm, Konstitusiyamızın 104-cu maddəsinə görə Türkiyə Cümhuriyyətinin rəhbəri olaraq PKK, DEAŞ, FETÖ, DHKP-C və adları, ritorikaları və üsulları nə olursa olsun, bütün terror təşkilatlarına qarşı milli səfərbərlik elan edirəm".

Erdoğan "Bütün təhlükəsizlik qüvvələrimizə müraciət edirəm; Terror təşkilatlarının fəaliyyətlərinə qarşı dövlət də, millət də sizin yanınızdadır, arxanızdadır. Səlahiyyətlərinizi sonuna qədər istifadə etməkdən əsla çəkinməyin. Bundan sonra dağdakı terrorçuya da, şəhərdəki terrorçuya də, onları dəstəkləyən heç kimə bir an belə rahatlıq yoxdur..." deyə əlavə edib.

Prezident çıxışında "Gəldiyimiz nöqtədə artıq müdafiə imkanına da malik deyilik. Bir halda ki bizə terror təşkilatları üzərindən tariximizin ən böyük hücumlarından biri edilir, bizim də qarşılıq vermək haqqımız var. Güllə ünvan öyrənməz deyirlər. Bomba da bunların heç birini soruşmaz. Elə isə təhlükəsizliyimizi sadəcə təhlükəsizlik qüvvələrinə buraxmaq olmaz" deyə əlavə edib.

Əlaqəli mövzular