Türkiyə: HDP binalarına hücumlar

Beylikdüzündəki HDP ofisində iki partlayış baş verib Fotonun müəllifi DHA
Image caption Beylikdüzündəki HDP ofisində iki partlayış baş verib

Kayseridə 14 əsgərin öldüyü bombalı hücumdan sonra Türkiyənin bir sıra şəhərlərində Xalqların Demokratik Partiyasının (HDP) ofislərinə hücumlar edilib.

Doğan Xəbər Agentliyi bildirir ki, bir qrup HDP-nin İstanbul Beylikdüzü mənzil-qərargahını yandırıb.

Üzlərini gizlədən dörd kişi ticarət mərkəzinin gözətçilərini keçərək ofisə daxil olub və ofisi yandırıb. Yanğın səbəbilə içəridə olan iki qaz balonu partlayıb.

Nəticədə Beylikdüzü Polis Mərkəzinin bir polis kapitanı və 24 yaşlı gözətçi yüngül xəsarətlər alıb.

Fotonun müəllifi DHA
Image caption Bursanın Yıldırım rayonunda HDP binası yandırılıb

Bursa və Kocaelidə də ofislərə hücumlar edilib

Bundan başqa, partiyanın Bursanın Yıldırım rayonundakı ofisi də yandırılıb.

Hücum edənlər əvvəlcə ofisdəki qapı-pəncərəni qırıb, sonra isə binanı yandırıb.

Şübhəlilər qaçdıqdan sonra hadisə yerinə polis və yanğınsöndürənlər gəlib, yanğın qısa zamanda söndürülüb, DHA yazır.

Kocaelinin Darıca rayonundakı HDP ofisinə isə atəş açılıb, hadisə zamanı içəridə heç kim olmayıb.

Fotonun müəllifi DHA
Image caption Kocaelinin Darıca rayonundakı HDP binasına atəş açılıb

HDP: Rəsmilər telefonlarımıza cavab vermir

HDP Facebook səhifəsində İstanbulun Beykoz, Bayrampaşa, Eyüp, Beylikdüzü, Bağcılar, Üsküdar və Kartal rayonlarında, Erzincan, Ankaranın Yenimahalle rayonunda, Çanakkale, Kocaelinin Darıca rayonunda və bir çox yerlərdəki ofislərinə hücumlar edildiyini bildirib.

"Rəsmilərin telefonlarımıza cavab verməmələri, təcavüzkarların kimlər tərəfindən himayə və sövq edildiklərini göstərir. Bu hücumları qarşısını almağa yönəlik tədbir görməyənlər bu təxribatlara imkan verirlər", partiya Facebook vasitəsilə xəbərdarlıq edib.

DİN-dən açıqlama

Daxili işlər Nazirliyi HDP binalarına edilən hücumlarla bağlı rəsmi saytında açıqlama verib.

"Bir siyasi partiyanın öz binalarına qarşı keçirilən aksiyalara "təhlükəsizlik qüvvələrimizin tədbir görmədiyinə, həmçinin rəsmilərin telefonlara cavab vermədi" kimi anlamaları tamamilə həqiqətdən uzaqdır" DİN bildirib.

Nazirlik, "təxribatlara imkan verməmək üçün" tədbir görülməsi və hücum edənlər barədə əməliyyatlara başlanılması üçün tapşırıq verildiyini bildirib.

Bu barədə daha geniş