Sibirdə Rusiya təyyarəsi qəzaya uğrayıb: 16 yaralı

təyyarə Fotonun müəllifi Ria Novosti

Sibirdə göyərtəsində 39 nəfər daşıyan Rusiyanın Müdafiə Nazirliyinə məxsus İL-18 təyyarəsi qəzaya uğrayıb.

Müdafiə Nazirliyi bildirib ki, hadisə nəticəsində 16 nəfər yaralanıb. Nazirlik həmçinin daha əvvəl 27 nəfərin öldüyünə dair məlumatları da təkzib edib.

7 komanda üzvü və 32 sərnişin daşıyan təyyarə Rusiyanın Uzaq Şərqində Bulun rayonunda Tiksi yaxınlığında yerə çırpılıb.

Hadisənin baş verdiyi zaman hava şəraitinin pis olduğu deyilir.

Kanskdan havaya qalxan təyyarə bazar günü Bakı vaxtilə 23.45-də Tiksi yaxınlığında təxminən 30 kilometrdən aşağı enib.

Təyyarə üç hissəyə parçalanıb, bu o deməkdir ki, o fövqəladə eniş edib.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin üç Mi-8 helikopteri hadisə yerinə gedib.

16 nəfər ağır yaralananlardan əlavə, 7 nəfərin xəstəxanada müalicəyə ehtiyacı olduğu bildirilib.