Gümrüdə bir ailəni öldürmuş əsgər barədə qərar qüvvədə qalıb

Valeri Permyakov Fotonun müəllifi Getty Images
Image caption 2015-ci ildə Rusiyanın hərbi məhkəməsi silah oğurluğu və fərariliyinə görə Permyakova 10 il həbs cəzası verib, bir il sonra Ermənistan məhkəməsi ona ömürlük həbs cəzası verib

Ermənistanın Apelyasiya məhkəməsi Gümrüdə oğurlanmış silahla Avetisyan ailəsinin 7 üzvünü öldürmüş Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu Valeriy Permyakov barəsində çıxarılmış ömürlük həbs qərarını qüvvədə saxlayıb.

Bazar günü səhəri keçirilmiş məhkəmədə Avetisyan ailəsinin hüquqi nümayəndələri istintaqın sona kimi aparılmadığını deyərək işə baxılmasını tələb edib. Onlar həmçinin maddi zərərə görə 450 min avro təzminat istəyib.

2015-ci ildə Rusiyanın hərbi məhkəməsi silah oğurluğu və fərariliyinə görə Permyakova 10 il həbs cəzası verib.

Avetisyan ailəsinin işi ilə bağlı isə o, Ermənistan məhkəməsində, amma Rusiya qanunvericiliyinə görə mühakimə olunub.

Yerli sakinlərin onun Ermənistanda mühakimə edilməsi tələbi ilə keçirdiyi çoxsaylı etirazlardan sonra Rusiya və Ermənistan tərəfi belə qərar verib.

2016-cı ilin avqustunda Şiraksk rayon məhkəməsi Permyakova ömürlük həbs verib. Məhkəmə zamanı hərbi qulluqçu cinayəti etiraf edib.

İstintaq müəyyən edib ki, 2015-ci il yanvarın 12-də o, gözətçiliyi könüllü buraxıb Avetisyan ailəsinə gedərək ailənin 6 üzvünü öldürüb və yaş yarımlıq uşağı ölümcül yaralayıb.

Rusiya sərhəd gözətçiləri onu Bayandur kəndi yaxınlığında Türkiyəyə keçmək istərkən saxlayıb.

Bu barədə daha geniş