Ermənistan: sabiq müdafiə naziri partiya təsis edir

Image caption Seyran Ohanyanın başçılıq edəcəyi partiya bu həftə ilk qurultayını keçirməlidir.

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan siyasi və seçki proseslərində fəal iştirak etmək niyyətindədir, bu barədə o, Facebook səhifəsində yazıb.

Seyran Ohanyanın yaydığı bəyanatında deyilir ki, dövlət və ordu quruculuğunun başlanğıcında və "17 il DQR və Ermənistan müdafiə idarələrinin rəhbəri olaraq", o, ölkə inkişafını "biganə müşahidəçi kimi kənardan seyr edə bilməz".

"Nazir vəzifəsi ilə rahat vidalaşaraq, sonradan təklif edilən yüksək vəzifələrdən imtina etdim, çünki bilik, təcrübə və səylərimi müstəqil şəkildə ölkəmizin daxili siyasi həyatında dəyişikliyə nail olmaq işində tətbiq etmək istəyirəm", - Ohanyan yazıb.

Yerli media sabiq müdafiə nazirinin gələn ilin aprel ayında keçiriləcək parlament seçkiləri ərəfəsində, necə deyərlər, "cib müxalif partiyalarından birinə" başçılıq edəcəyi haqqında çoxdan yazır.

Son məlumatlara görə, Ohanyanın başçılıq edəcəyi partiya "Üçüncü Respublika" adlanacaq, və dekabrın 23-də partiyanın ilk qurultayı keçiriləcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş