Rusiya: səfirin dəfn mərasiminə görə Putinin mətbuat konfransı təxirə salınıb

Andrey Karlov Fotonun müəllifi AFP
Image caption Andrey Karlov bazar ertəsi axşamı Ankarada Rusiya fotosərgisinin açılışında qətlə yetirilib.

Ankarada qətl edilmiş Rusiya səfiri Andrey Karlovun yas mərasimi ilə əlaqədar prezident Vladimir Putinin ənənəvi illik mətbuat konfrasının günü cümə axşamı günündən cümə gününə keçirilib.

"Cümə axşamı Türkiyədə öldürülmüş Rusiya səfiri Andrey Karlovla vida və dəfn mərasimi keçiriləcəyindən prezident illik mətbuat konfransını həmin gün keçirməmək barədə qərar qəbul edib", - Putinin mətbuat katibi Dmitri Peskov bildirib, - "Prezident matəm tədbirlərində iştirak edəcək."

Onun sözlərinə görə, mətbuat konfransı cümə günü yerli vaxtla saat 12:00-də başlayacaq.

Andrey Karlov bazar ertəsi axşamı Ankarada Rusiya fotosərgisinin açılışında qətlə yetirilib. Onu xüsusi polis xidmətində çalışan 22 yaşlı Mövlud Mert Altıntaş güllələyib. O, rusiyalı səfirin kürəyinə bir neçə dəfə atəş açaraq qışqırıb: "Hələb barədə unutmayın, Suriyanı unutmayın!"

Türkiyə və Rusiya baş verənləri terror aktı kimi dəyərləndiriblər və qətli birgə araşdırmaq barədə razılığa gəliblər. Rusiya tərəfi Türkiyəyə xüsusi xidmət orqanları, Xarici İşlər Nazirliyi və İstintaq Komitəsinin əməkdaşları daxil olan 18 nəfərlik əməliyyat-istintaq qrupu göndərib.

Bütün Rusiyanın və Moskvanın Patriarxı Kirill vida və dəfn mərasimində Rusiya səfiri üçün dualar oxuyacaq. Moskva patriarxlığının mətbuat xidmətinin məlumatına görə, dualar Moskvadakı Xilaskar İsa məbədində keçiriləcək.

Patriarx Kirill nadir hallarda vəfat edilmiş insanlar üçün dualar oxuyur. 2015-ci ildə o cəmi iki nəfər- Rusiyanın keçmiş baş naziri Yevgeni Primakov və yazıçı Valentin Rasputin üçün dualar oxuyub.

Əlaqəli mövzular

Bu barədə daha geniş